• $
  • €
  • ₽
  • ₺
  • £

“Ani ödənişlər sistemi”nə start verildi

“Ani ödənişlər sistemi”nə start verildi
01.02.2018 17:31
Azərbaycan Mərkəzi Bankı (AMB) ölkənin milli ödəniş sistemi infrastrukturunun təkmilləşdirilməsi, istifadə effektivliyinin yüksəldilməsi və iqtisadiyyatda nağdsız ödənişlərin çəkisinin artırılması istiqamətində tədbirlərini davam etdirir.

AMB-dən anews.az-a verilən məlumata görə, Azərbaycan Respublikası prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”ndə rəqəmsal ödənişlərin genişləndirilməsi istiqamətində hədəflər müəyyənləşdirilib və bu hədəflər üzrə Azərbaycan Respublikasının Mərkəzi Bankı əsas icraçı təyin edilib.

"Verilmiş tapşırığın icrası məqsədilə həyata keçirilməsinə qərar verilmiş əsas tədbirlərdən biri də ölkədə "Ani ödənişlər sistemi”nin yaradılmasıdır. Bu istiqamətdə beynəlxalq təcrübənin araşdırılması göstərir ki, hazırda dünyanın qabaqcıl ölkələrində ödənişlərin 24/7/365 rejimində həyata keçirilməsi üçün "Instant Payment System” və ya "Fast Payment System” adları altında hesablaşma əməliyyatlarının vəsaiti ödəyənlə, vəsaiti alan arasında 5-10 saniyə ərzində tam başa çatdırılmasını təmin edən ani ödəniş sistemləri fəaliyyət göstərməkdədir. 

Belə ki, bir çox ölkələrdə (məsələn, İngiltərə, Danimarka, Finlandiya, Norveç, İsveç, İsveçrə, Polşa, Cənubi Koreya, Hindistan, Sinqapur və s.) artıq bu tipli sistemlər real rejimdə tətbiq edilib, digər ölkələrdə isə tətbiqi üzrə hazırlıq işləri aparılır. 

Qeyd olunan Strateji Yol Xəritəsi ilə müəyyənləşdirilmiş hədəflərə nail olunması məqsədilə Mərkəzi Bankda müvafiq beynəlxalq təcrübə və yerli şərait nəzərə alınmaqla "Ani ödənişlər sistemi”nin yaradılması üzrə ilkin araşdırmalar aparılıb və mövcud ödəniş ekosisteminə inteqrasiyası baxımından tələblər müəyyənləşdirilib. Bu məqsədlə 1 fevral 2018-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasında müəyyənləşdirilmiş tələblərin bankların rəhbər işçiləri tərəfindən geniş müzakirəsi təşkil edilib, onların rəy və təklifləri dinlənilib. Görüşdən sonra bu istiqamətdə işlərin sürətlə davam etdirilməsi qərara alınıb”, - deyə məlumatda vurğulanıb.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol