İrandan Azərbaycana turist axını gözləyir

Novruz bayramı ərəfəsində Azərbaycana turist axını gözlənilir.
Bu barədə AzVision.az-a Azərbaycan Turizm Assosiasiyasının (AzTA) rəhbəri Nahid Bağırov bildirib. Onun sözlərinə görə, bayram günlərində ən çox turist axını İrandan olacaq.
"Novruz bayramı Azərbaycanla yanaşı İranda da geniş şəkildə qeyd edilir. İranda yaşayan soydaşlarımız bayramda daha çox Azərbaycana gəlirlər. Bu səbəbdən otellərdə demək olar ki, boş yerlərin sayı məhduddur. Həmçinin Azərbaycanda bayramla bağlı tədbirlər, xüsusilə İran turistləri üçün konsertlər təşkil olunacaq. İrandakı populyar müğənnilərin çıxışı gözlənilir. Bir sözlə, bayram ərəfəsində Azərbaycana turist axını gözlənilir”
www.anews.az
Son xəbərlər 
Daha çox 























