• $
  • €
  • ₽
  • ₺
  • £

BP: "Şahdəniz-2" layihəsi üzrə quruda tikinti işləri yekunlaşıb

BP: "Şahdəniz-2" layihəsi üzrə quruda tikinti işləri yekunlaşıb
21.02.2018 17:28
"Şahdəniz-2" layihəsi üzrə qurudakı əməliyyatlarla bağlı görülən tikinti işləri 100% bitib.

"APA-Economics"in məlumatına görə, bunu BP-nin "Şahdəniz-2" layihəsi üzrə baş meneceri Rəhman Rəhmanov bildirib.

Onun sözlərinə görə, bu günə qədər terminalın tikintisində 9 500 nəfər işləyib. Hazırda ərazidə 1500 nəfə işçi çalışır.

R. Rəhmanov deyib ki, tikinti zamanı 134 km boru kəməri sistemləri, 19000 ton metal konstruksiyadan istifadə edilib. Ərazidə hər birinin ölçüsü 250 min barel olan iki çən tikilib.

R. Rəhmanov deyib ki, hazırda "Şahdəniz" yatağından gələn qazın terminaldan gündəlik olaraq buraxılış gücü 1 mln. kubfut təşkil edir. "Şahdəniz-2" fəaliyyətə başlayanda onun ötürücülük gücü gündəlik olaraq daha 1,8 mln. kubfut artacaq.

O bildirib ki, 2018-ci ilin 1-ci yarısında "Şahdəniz-2"dən hasil olunan qaz həcmləri Cənub Qaz Boru Kəməri ilə nəql ediləcək. Bu il nəql olunan qaz həcmləri 2 mlrd. kubmetrə bərabər olacaq.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Kino biletləri də ABB mobile tətbiqində!
İqtisadiyyat 10:16
Kino biletləri də ABB mobile tətbiqində!
Azərbaycan nefti 113 dollara ticarət olunur
İqtisadiyyat 09:18
Azərbaycan nefti 113 dollara ticarət olunur
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:12
Bu günün valyuta məzənnələri açıqlanıb
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol