• $
  • €
  • ₽
  • ₺
  • £

Nazir: "Bu kadrlara üstünlük veriləcək"

Nazir: "Bu kadrlara üstünlük veriləcək"
02.03.2018 13:00
Vergilər Nazirliyində nazirliyin rəhbər vəzifəli şəxslərinin və yerli vergi orqanlarının rəhbərlərinin iştirakı ilə geniş tərkibli iclas keçirilib.

Nazirlikdən "APA-Economics"ə verilən məlumata görə, iclasda çıxış edən vergilər naziri Mikayıl Cabbarov vergi orqanlarının fəaliyyətində yeni yanaşmalar və vergi xidmətinin qarşısında duran vəzifələrin icrası, vergi əməkdaşlarının fəaliyyətinə yeni tələblər, vergi orqanlarına etimadın yüksəldilməsi və digər məsələlərlə bağlı çıxış edib.

Qeyd olunub ki, müasir dövrdə vergi siyasəti yalnız fiskal funksiyaları yerinə yetirmir, o həm də iqtisadi inkişafın bir alətidir. Bu baxımdan vergi orqanlarının fəaliyyəti  sahibkarlığın inkişafına dəstək verməlidir. Bu xüsusda vergi orqanlarının əməkdaşlarına olan tələblər daha da artır. Vergi sisteminin ən əsas dəyərinin zəngin maddi-texniki baza, müasir İT texnologiyalarına əsaslanan iş üsullarına malik olması deyil, bu sistemdə çalışan insanlar olduğunu ön plana çəkən nazir vergi xidmətində peşəkar və ləyaqətli kadrlara üstünlük veriləcəyini, insan resurslarının inkişaf etdirilməsi üçün addımlar atılacağını, vergi əməkdaşlarının yüksək səviyyəli xidmət göstərməsi üçün onlara normal iş rejiminin təmin ediləcəyini vurğulayıb.

Vergi əməkdaşlarından yüksək peşəkarlığın, işgüzar etikanın, vergi ödəyicisinə yanaşmada öz məsuliyyətini dərk etmələrinin tələb olunduğunu qeyd edən vergilər naziri bütövlükdə vergi sisteminə qarşı hörmət və inamın artırılması üçün çox çalışmaq lazım gəldiyini, güclü dövlətin vətəndaşı və qulluqçusu olmağın digər üstünlüklər əldə etməkdən daha vacib və şərəfli olduğunu bildirib.

Vergi ödəyiciləri ilə münasibətlərin qarşılıqlı hörmət və etimada əsaslanmalı olduğunun vacibliyini diqqətə çatdıran nazir bir daha vurğulayıb ki, ilk növbədə vergi uçotunun dəqiq aparılmasını, auditin real funksiyasınn bərpa olunmasını, vergilərin yığılmasından vergilərin ödənilməsinə keçidin təmin edilməsini, vergi ödəyicilərinə göstərilən xidmətlərin səviyyəsinin və spektrinin müasir tələblərə uyğun olaraq genişləndirilməsini təmin etmək lazımdır.

 

M.Cabbarov qeyd olunan məsələlərlə bağlı yerlərdə görüşlər keçirilməsi və onların mahiyyətinin vergi ödəyicilərinə çatdırılması barədə tapşırıq verib.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol