• $
  • €
  • ₽
  • ₺
  • £

Yasamalda bu küçə təmir olunur

Yasamalda bu küçə təmir olunur
02.03.2018 18:15
Yeni Yasamal yaşayış massivinin Əsəd Əhmədov küçəsi təmir olunur.

Avtomobil Yolları Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, küçə uzun müddət əsaslı təmir olunmadan istismar edildiyindən yolun hərəkət hissəsi deformasiyaya uğramış, qabarmalar, çökmələr və çatlar əmələ gəlmişdi. Üstəlik küçənin ensiz olması və piyadalar üçün bəzi hissələrdə səkilərin olmaması, mövcudlarının isə dağılması bütün hərəkət iştirakçıları üçün problemlərə gətirib çıxarırdı. Bu üzdən küçənin əsaslı şəkildə təmir olunması zərurəti yaranmışdı.

Uzunluğu 1.5 km, eni isə 7-8 metr olan küçədə hazırda sürətlə və keyfiyyətlə yenidənqurma işləri aparılır. Aparılan işlər çərçivəsində küçənin eni 14 metrə qədər genişləndirilir. Bu məqsədlə yol boyu qazma-dolma işləri görülür. Belə ki, zəruri olan yerlərdə yararsız qrunt çıxarılır, əvəzinə yararlı müterial tökülüb kipləşdirilir.

Tikinti layihəsinə uyğun olaraq mövcud yeraltı kommunikasiya xətləri (su,qaz,rabitə,elektrik və s.)bərpa olunur, zərurət yarandığı təqdirdə yeniləri çəkilir və ya yolun hərəkət hissəsindən kənarlaşdırılır, 5 yerdə yolun altından 250 metr uzunluğunda ehtiyyat borular atılacaq. Bu işlərə paralel olaraq səth sularının yoldan normal kənarlaşdırılması üçün mövcud yağış-kanalizasiya sistemi bərpa olunacaq və zəruri olan yerlərdə yeni sistem qurularaq yağış barmaqlıqları qioyulacaq. Ümumilikdə küçə boyu 21 ədəd yeni yağış barmaqlıqları quraşdırılacaq, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq 97 ədəd yeni baxış qapaqları qoyulacaq.

Bundan başqa yolun relyefdən aşağı olan hissələrində torpaq yatağının qaldırılması üçün yararlı qrunt tökülərək yayılacaq və kipləşdiriləcək. Yeni yol yatağı işlənən ərazilərdə optimal-qırmadaş və qum-çınqıl qarışıqlarından ibarət müxtəlif qalınlıqlarda yol əsasının tikintisi və bərpası işləri də aparılacaq. Küçə boyu aparılan bu işlər gələcəkdə suyun yığılmasının qarşısını alacaq və asfalt-beton örtüyün tez bir zamanda sıradan çıxmasını sığortalamış olacaq.

Küçənin yenidən qurulması zamanı bütün hərəkət iştirakçılarının normal, rahat və təhlükəsiz hərəkəti nəzərə alınır. Belə ki, küçə boyu dağılmış mövcud piyada səkiləri bərpa olunur, zəruri olan yerlərdə yeniləri inşa edilir. Piyada səkilərinin kənarlarına 6400 paqon-metr uzunluğunda yeni səki daşları düzülür. Avtobusların ümumi hərəkətə maneə yaratmadan dayanacaqlara rahat giriş-çıxışını təmin etmək məqsədi ilə 4 yerdə 62 metr uzunluğunda və 4 metr enində xüsusi "cib”li hissələryaradılacaq.

Torpaq işləri bitəndən sonra küçə boyu əlaqələndirici bitum səpilməklə 47100 kv.m sahədə yol örtüyünün alt qatının iri dənəli, üst qatının isə xırda dənəli asfalt – beton qarışığı ilə tikintisi aparılacaq. Texnoloji ardıcıllığa uyğun olaraq küçə boyu avtonəqliyyat vasitələrinin normal hərəkətini təmin etmək məqsədi ilə, zəruri yol nişanları quraşdırılacaq, yolun üfüqi nişanlanma xətləri çəkiləcək.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
SOCAR enerji saxlama texnologiyalarının tətbiqini araşdırır
İqtisadiyyat 15:29
SOCAR enerji saxlama texnologiyalarının tətbiqini araşdırır
SOCAR 2027-ci ildə iki geotermal layihənin işlənməsinə başlayacaq
İqtisadiyyat 15:18
SOCAR 2027-ci ildə iki geotermal layihənin işlənməsinə başlayacaq
Azərbaycan TAP vasitəsilə İtaliyaya 51 milyard kubmetrdən çox qaz ixrac edib
İqtisadiyyat 14:43
Azərbaycan TAP vasitəsilə İtaliyaya 51 milyard kubmetrdən çox qaz ixrac edib
Fariz Əliyev: Azərbaycan Orta Dəhlizi yüksək əlavə dəyər yaradan iqtisadi dəhlizə çevirməyi hədəfləyir
İqtisadiyyat 13:41
Fariz Əliyev: Azərbaycan Orta Dəhlizi yüksək əlavə dəyər yaradan iqtisadi dəhlizə çevirməyi hədəfləyir
Azərbaycan Avropaya 2-3 QVt yaşıl enerji ixrac etməyi planlaşdırır
İqtisadiyyat 13:10
Azərbaycan Avropaya 2-3 QVt yaşıl enerji ixrac etməyi planlaşdırır
Kamal Abbasov: Azərbaycan İtaliya ilə yaşıl enerji layihələrini genişləndirmək niyyətindədir
İqtisadiyyat 13:00
Kamal Abbasov: Azərbaycan İtaliya ilə yaşıl enerji layihələrini genişləndirmək niyyətindədir
Matteo Zoppas: İtaliyanın Azərbaycana ixracı 440 milyon avroya çatıb
İqtisadiyyat 12:10
Matteo Zoppas: İtaliyanın Azərbaycana ixracı 440 milyon avroya çatıb
Mikayıl Cabbarov: Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsi 9 milyard dolları ötüb
İqtisadiyyat 11:56
Mikayıl Cabbarov: Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsi 9 milyard dolları ötüb
Antonio Tajani: İtaliyanın Azərbaycana ixracı yüksək keyfiyyətli məhsullarla genişləndirilə bilər
İqtisadiyyat 11:49
Antonio Tajani: İtaliyanın Azərbaycana ixracı yüksək keyfiyyətli məhsullarla genişləndirilə bilər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol