• $
  • €
  • ₽
  • ₺
  • £

“Ən fəal işəgötürən şirkət” mükafatına “Nar” layiq görüldü

“Ən fəal işəgötürən şirkət” mükafatına “Nar” layiq görüldü
06.03.2018 14:53
2 mart 2018-ci il tarixdə ADA universitetində təşkil olunan karyera sərgisində "Nar” operatoru "Ən aktiv işəgötürən şirkət” mükafatına layiq görüldü.
 
Sərgi çərçivəsində mobil operatorun iş imkanları və tələbə proqramları ziyarətçilərin böyük marağına səbəb oldu. Keçirilən karyera sərgisində 105 yerli və xarici şirkət iştirak etdi. "Azerfon” MMC-nin baş icraçı direktoru Qunnar Panke sərgidə aktivliyi ilə seçilən "Nar”-ın bu mükafata layiq görülməsindən məmnunluğunu dilə gətirdi: "Yerli bir şirkət olaraq "Nar” hər zaman azərbaycanlı gənclər üçün iş imkanları yaradır. Biz gənc istedadlardan dünya səviyyəli mütəxəssislər yetişdirməyə çalışırıq, onların parlaq karyera qurmalarına dəstək oluruq. Bu gün ən aktiv işəgötürən olaraq ADA universiteti tərəfindən mükafata layiq görüldüyümüz üçün fərəh hissi keçiririk. "Nar”-a göstərilən marağa görə bütün sərgi iştirakçılarına təşəkkürümü bildirirəm”.

Qeyd edək ki, ADA universitetində keçirilən sərgini ümumilikdə 800-dən çox tələbə ziyarət edib. Birbaşa şirkət təmsilçiləri ilə ünsiyyətdə olan tələbələr müxtəlif şirkətlərdə karyera imkanlarını dəyərləndirmək, həmçinin bu şirkətlərin təcrübə proqramlarında iştirak barədə məlumat əldə etmək imkanı qazanıblar.

"Azerfon” MMC ("Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim etmiş və geniş 4G şəbəkəsini istifadəyə verib. Mobil operator səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını təmin edən "HD-Voice” (High Definition Voice) xidmətini təqdim edib. "Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 6500-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol