• $
  • €
  • ₽
  • ₺
  • £

“Xəzri” sisteminin yenilənən saytı təqdim edilib

“Xəzri” sisteminin yenilənən saytı təqdim edilib
13.03.2018 10:54
Təcili pul köçürmə sistemi olan "Xəzri”nin yenilənən saytı təqdim edilib. Artıq müştərilər www.xazri.az saytına daxil olmaqla, pul köçürmə sistemi barədə ətraflı məlumat ala biləcəklər. Həmçinin ölkə daxilində 1000 manatadək pul köçürmə əməliyyatını sayt vasitəsilə etmək mümkündür.

Müştərilər ölkə daxili göndərilən pul vəsaitini günün istənilən saatında sistemin çoxsaylı tərəfdaş bankının filiallarından və ya 700-ə yaxın Kapital Bank bankomatlarından komissiyasız nağdlaşdıra bilərlər. Həmçinin saytda göndərilən və alınan köçürmələrin statusu barədə də məlumat əldə etmək olar. Köçürmələrə görə 0,8% (min. 1 AZN) komissiya haqqı tutulur. Cəmi 3 dəqiqə ərzində əməliyyatı tamamlamaq mümkündür.

Sayt vasitəsilə pul köçürməsi etmək üçün 3D Secure xidmətini dəstəkləyən kartın olması zəruridir. Yaxın zamanlarda sayt vasitəsilə köçürmə əməliyyatlarını Ukrayna, Rusiya, Gürcüstan və s. MDB ölkələrinə də sayt vasitəsilə aparılması mümkün olacaq.

Qeyd edək ki, "Xəzri” hazırda Azərbaycan bazarının ən böyük sistemlərindən biridir. Sistem Azərbaycanda Kapital Bank, Atabank, Expressbank, AFB Bank, Günay Bank və NBC Bank üzrə ümumilikdə 167 filialı və 25 şöbəsi ilə müştərilərin xidmətindədir. 2017-ci il üzrə sistem vasitəsilə 400 000-ə yaxın, ümumi məbləği 200 mln. manatadək köçürmə əməliyyatı aparılıb.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 95 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol