MBNP bank sektorunda risklərin diaqnostikasını aparacaq

"Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin "Bankların daha sağlam risk idarəetməsinin təmin edilməsi” sərlövhəli 4.1 nömrəli strateji prioritetinin icrası istiqamətində Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) tərəfindən bank sektorunda risklərin idarə edilməsinin diaqnostikasının aparılması tədbiri nəzərdə tutulub.
Bu barədə "APA-Economics"ə Maliyyə Bazarlarına Nəzarət Palatasından (MBNP) məlumat verilib.
"2017-ci ilin sonlarında banklarla fərdi görüşlər keçirilib. Bununla yanaşı, Palata tərəfindən rüblük əsasda stress testlər aparılır. Cari ildə də stress testlərin qiymətləndirilməsi istiqamətində işlər davam etdiriləcək", - deyə məlumatda vurğulanıb.
MBNP-dən bildirilib ki, bankların sağlamlaşdırılması 2018-ci ildə də Palatanın prioritet hədəflərindən biridir: "Eyni zamanda, Palata tərəfindən müntəzəm əsasda bank səhmdarları ilə kapitallaşma ilə bağlı görüşlər keçirilir".
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 13:41
Fariz Əliyev: Azərbaycan Orta Dəhlizi yüksək əlavə dəyər yaradan iqtisadi dəhlizə çevirməyi hədəfləyir

İqtisadiyyat 13:00
Kamal Abbasov: Azərbaycan İtaliya ilə yaşıl enerji layihələrini genişləndirmək niyyətindədir

İqtisadiyyat 11:56
Mikayıl Cabbarov: Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsi 9 milyard dolları ötüb

İqtisadiyyat 11:49
Antonio Tajani: İtaliyanın Azərbaycana ixracı yüksək keyfiyyətli məhsullarla genişləndirilə bilər




















