• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda beynəlxalq ekspertlər seminar keçirib

Bakıda beynəlxalq ekspertlər seminar keçirib
14.03.2018 10:06

 
Nüfuzlu maliyyə və ticarət təşkilatı olan Amerika Banklar Assosiasiyası (BAFT) 13 mart tarixində Bakıda "Financial Crime Compliance Workshop 2018” adlı maliyyə cinayətləri ilə mübarizəyə həsr olunmuş seminar keçirib.
 
Birgünlük treninq 2016-cı ildən bu assosiasiyanın üzvü olan Kapital Bank-ın bilavasitə təşəbbüsü ilə keçirilib. Qeyd etmək lazımdır ki, Bakı ilə yanaşı Honq Konq və Orlandoda da (Florida ştatı, ABŞ) belə seminar keçiriləcək.
 
Maliyyə cinayətləri ilə mübarizə heç vaxt öz aktuallığını itirməyib. Müxtəlif sorğuların da göstərdiyi kimi, ötən il dünyada şirkətlərin 49%-i bu və ya digər şəkildə maliyyə və iqtisadi cinayətlərlə üzləşib. Bu kontekstdə maliyyə sahəsində çalışan əməkdaşların ixtisaslarının artırılmasının əhəmiyyəti daha da artır.
 
Seminarın iştirakçıları maliyyə cinayətləri ilə mübarizə sahəsində zəruri normativ tələblər, adekvat daxili təşkilatın mövcudluğunun, o cümlədən müştərilər üçün risklərin müəyyən olunması və azaldılması üçün "üç müdafiə xətti” prinsipinə əməl olunmasının vacibliyi haqqında öyrənib, həmçinin terrorçuluğun maliyyələşdirilməsi və çirkli pulların yuyulması ilə mübarizə sahəsində yeni tendensiyalar və standartlarla tanış olub. Bankir və komplayens mütəxəssislərinə müştərilərin eyniləşdirilməsi üzrə məsələ və tədbirlərə aid normativ tələblər barədə məlumat verilib.
 
Azərbaycan iqtisadiyyat baxımından Cənubi Qafqazın ən böyük ölkəsidir. "Cənub Qaz Dəhlizi”, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, "Şimal-Cənub”, Bakı-Tbilisi-Qars dəmir yolu kimi nəhəng layihələr bütün dünyadan investisiyaları cəlb edir və eyni zamanda beynəlxalq ticarətin və digər ölkələrin iqtisadi inkişafına xidmət edir. Beynəlxalq arenada sürətlə nüfuz yığan Azərbaycan regionun iri nəqliyyat və maliyyə mərkəzinə çevrilir. Bu səbəbdən də maliyyə sektorunun iştirakçıları üçün maliyyə cinayətləri və çirkli pulların yuyulması ilə mübarizə baxımından son tendensiyalar və öncül metodikalar barədə biliklərin vacibliyi önəmlidir.
 
Kapital Bank tərəfindən dəstəklənənə BAFT-ın bu seminarı azərbaycanlı bankirlərin ixtisaslaşmasının artmasına böyük töhfə verəcək və fırıldaqçılıqla səmərəli mübarizəyə kömək etməklə, maliyyə sektorunun gələcək inkişafını dəstəkləyəcək.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol