• $
  • €
  • ₽
  • ₺
  • £

Bakının bu ərazisi yaşayış üçün təhlükəlidir

Bakının bu ərazisi yaşayış üçün təhlükəlidir
27.03.2018 14:00
Bayıl sürüşmə sahəsində heç bir dəyişiklik yoxdur, vəziyyət stabildir.

Bunu Report-a açıqlamasında ərazidə olan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

Ərazidə yenidən sürüşmə hadisəsinin gözlənilib-gözlənilmədiyi sualına cavab verən mütəxəssisin sözlərinə görə, Bayıl zonasının müxtəlif yerləri daimi sürüşməyə meyilli ərazilərdir: "Burada ilk dəfə 1847-ci ildə sürüşmə qeydə alınıb. Sonuncu sürüşmə isə 2000-ci ildə baş vermişdi. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2004-cü il hesabatında son sürüşmənin baş verdiyi ərazi konturlaşıb ki, sürüşməyə meyilli, təhlükəli ərazidir və nə vaxtsa orada sürüşmə baş verə bilər".

"Sürüşmə təhlükəsinin olduğu ərazidə əhalinin məskunlaşmağını bir mütəxəssis kimi mən məsləhət görməzdim" - deyən Ə.Qaralovun sözlərinə görə, 2004-cü il hesabatlarında vurğulanıb ki, Bayıl yamacını yükləmək olmaz, orada tikinti işlərinin aparılması qadağan olunmalıdır:

"Nazirlər Kabinetinin də həmin ərazi ilə bağlı 56 nömrəli qərarı var. Bayıl yamacını heç bir vəcvlə yükləmək olmaz, həmin ərazidə tikinti işləri aparılmamalıdır. Bu ərazi yaşayış üçün təhlükəlidir".

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol