• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda 15 əcnəbi saxlanıldı

Azərbaycanda 15 əcnəbi saxlanıldı
29.03.2018 19:49
Dövlət Miqrasiya Xidməti (DİM) qanunsuz miqrasiyaya qarşı mübarizə çərçivəsində tədbirləri davam etdirir.
 
DİM-dən AzVision.az-a verilən məlumata görə, xidmətin qanunsuz miqrasiyaya qarşı keçirdiyi tədbirlər zamanı 14 nəfər Hindistan və 1 nəfər Banqladeş vətəndaşı olmaqla, ümumilikdə 15 əcnəbi saxlanılıb. Araşdırma zamanı Hindistan vətəndaşlarından 6 nəfərin Azərbaycan ərazisində olma və yaşama qaydalarını pozduğu və 8 nəfərin ölkəyə gəlişinin bəyan edilmiş məqsədinə əməl etmədiyi məlum olub.

Saxlanılmış və ölkə ərazisində qanunsuz yaşayan Banqladeş vətəndaşı Abir Mirzanur Rahmanın müəyyən məbləğdə ödəniş qarşılığında saxta müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi əldə etməyə çalışdığı məlum olub. Belə ki, Dövlət Miqrasiya Xidməti tərəfindən Rusiya Federasiyasının azyaşlı vətəndaşının adına verilmiş vəsiqənin elektron nüsxəsi üzərində məlumatlar dəyişdirilərək A.M.Rahmanın adına saxtalaşdırılıb. Əcnəbi həmin vəsiqənin Azərbaycan Respublikası vətəndaşı Yusubov Tərlan Tofik oğlu tərəfindən hazırlandığını bildirib.

Bundan əlavə, Azərbaycana işləmək adı altında aldadılaraq gətirilmiş və keçirilmiş tədbirlər zamanı saxlanılmış daha 4 nəfər Hindistan vətəndaşının sahibkarlıq fəaliyyəti adı altında pərdələndiyi, lakin heç bir sahibkarlıq fəaliyyəti ilə məşğul olmadıqları məlum olub. Bu şəxslərdən bəzilərinin Azərbaycana gətirilmələrini, burada yerləşdirilmələrini Azərbaycanda daimi yaşayan Pakistan İslam Respublikasının vətəndaşı Muhammad Nasirin təşkil etdiyi və onun müəyyən məbləğdə ödəniş qarşılığında həmin əcnəbiləri qanunsuz yollarla leqallaşdırmağa çalışdığı aşkar edilib. Göstərilən hər iki faktla bağlı müvafiq tədbirlər görülməsi üçün materiallar aidiyyəti orqanlara göndərilib.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
İqtisadiyyat 12:46
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol