• $
  • €
  • ₽
  • ₺
  • £

8 min insanı çox sevindirən xəbər

8 min insanı çox sevindirən xəbər
29.03.2018 16:21
Qubanın iri yaşayış məntəqələrindən olan Hacıhüseyli kəndində 18-ci əsrdə tikilmiş provaslav kilsəsi əsaslı bərpa ediləcək.

İstiPress-in şimal bürosunun məlumatına görə, bu sözləri bu gün kənddə 19 km-lik yolun bərpasına həsr olunan mərasimdə Qubanın  icra başçısı Ziyəddin Əliyev mətbuat nümayəndələri və sakinlər qarşısında səsləndirib.

Onun sözlərinə görə, kənddəki qədim kilsə çox bərbad, uçulub dağılmış və təhlükəli haldadır. Özünün kilsəyə baxış keçirdiyini deyən Ziyəddin Əliyev bu tarixi dini məbədin bərpası üçün Mədəniyyət və Turizm Nazirliyi qarşısında məsələ qaldırılacaq və nazirliklə birgə kilsə əsaslı bərpa ediləcək.

Xristianların və provaslavların qarşıdan gələn Pasxa bayramı ərəfəsində bu xəbərin  rayonun və kəndin rus icmasının xüsusi sevincinə səbəb olacağını söyləyən icra başçısı Azərbaycanın, eləcə də Qubanın tolerant rayon olduğunu diqqətə çatdırıb. O qeyd edib ki, Qubada 20-dən artıq millət və etnik qrupun nümayəndələri  yaşayır ki, onların dini azadlığının təminatı üçün bu qəbilli köhnə dini məbədlərin bərpası çox vacibdir və bu kilsə bərpadan sonra ərazidə yaşayan xristianlar öz dini ayinlərini normal qaydada həyata keçirə biləcəklər.

Ziyəddin Əliyev daha sonra bərpasına başlanan 19 km-lik Hacıhüseynli yolu haqda ətraflı məlumat verib. Onun sözlərinə görə, uzun illərdir bərbad olan, yayda tozdan, qışda palçıqdan keçilməz olan yola ilk dəfə olaraq asfalt döşənməsinə start verilib. Quba icra başçısı yeni çəkilən yolun Azərbaycan Avtomobil Yolları Dövlət Ağentliyinin rəhbəri Saleh Məmmədovun birbaşa göstərişilə qurumun daxili imkanları hesabına inşa olunacağını deyib və Saleh Məmmədova bu yoldan istifadə edəcək 11 yaşayış məntəqəsinin 8000 nəfərlik əhalisi adından təşəkkür edib.

Yeni yol uzağı 1 aya sakinlərin istifadəsinə veriləcək.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol