• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycana bu yolla giriş-çıxış qadağan olundu

Azərbaycana bu yolla giriş-çıxış qadağan olundu
30.03.2018 20:44
Martın 28-də Hidrometeoroloji Proqnozlar Bürosundan təhlükəli hidrometeoroloji hadisə haqqında xəbərdarlıq Milli Mərkəzə daxil olub.

Axar.az xəbər verir ki, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin açıqlamasında bildirilir.

Milli Mərkəz gözlənilən hava şəraitini nəzərə alaraq məntəqələrdə gücləndirilmiş iş rejimi prosedurlarına əsasən dənizdə təhlükəsizliklə bağlı müvafiq qabaqlayıcı tədbirlər həyata keçirib.

1. Müvafiq qaydada Azərbaycan, ingilis və rus dillərində Xəzər dənizində istismarda olan bütün gəmi və dəniz platformalarına xəbərdarlıq ötürülüb.

2. Azərbaycan Respublikasının bütün limanlarına hava şəraiti ilə əlaqədar gəmilərin cıxışına və girişinə qadağa qoyulub.

3. Azərbaycan Respublikasnın limanlarında duran bütün gəmilərə məlumat çatdırılıb.

4. Dənizdə olan bütün gəmilər Milli Mərkəz tərəfindən nəzarətə götürülüb və onlarla dayanaqlı ikitərəfli rabitə əlaqəsi yaradılıb.

5. Təhlükəli hava şəraitini nəzərə alaraq dənizdə olan bütün gəmilər xüsusi sığınacaqlara (lövbər rayonları) yerləşdirilib və operatorlar tərəfindən daimi nəzarət həyata keçirilir.

6. Azərbaycan Respublikasının ərazi sularında faktiki vəziyyətə nəzarət etmək üçün sahilboyu quraşdırılmış texniki avadanlıqlar vasitəsilə küləyin istiqaməti, gücü və video kameralar vasitəsilə dalğanın hündürlüyü və görünüş məsafələri Milli Mərkəz tərəfindən daimi izlənilir.

7. Azərbaycan Respublikasının ərazi sularından kənarda Azərbaycan bayrağı altında üzən gəmilər ilə rabitə əlaqəsi test edilib və müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilib.

8. Bütün gəmilərlə daimi rabitə əlaqəsi mövcuddur. Hər hansı bir qəza halı baş verdikdə Milli Mərkəzin koordinasiyası ilə müvafiq prosedurlara əsasən lazımı tədbirlər həyata keçiriləcək.

9. Gəmilərin Hərəkətinin İdarəedilməsi Xidmətinin operatorları belə şəraitdə görülməsi mütləq olan tədbirlərə nəzarəti həyata keçirir.

Daxil olan məlumata əsasən 31 mart 2018-cil il tarixində günün ikinci yarısından küləyin sürətinin təhlükəsiz səviyyəyədək azalması gözlənilir.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol