• $
  • €
  • ₽
  • ₺
  • £

Səlim Müslümov: Sahibkarlıq subyektlərinin sayı 4,3 dəfə artıb

Səlim Müslümov: Sahibkarlıq subyektlərinin sayı 4,3 dəfə artıb
05.04.2018 20:18
Son 15 ildə sahibkarlıq subyektlərinin 4,3 dəfə artması və özəl sektorun iqtisadiyyatda xüsusi çəkisinin 80 faizi ötməsi bu sektorun yeni iş yerlərinin açılmasında rolunun güclənməsinə, ölkədə əmək resurslarının məşğulluğunda payının 75,4 faizə çatmasına imkan verib.

Anews.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

O bildirib ki, ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayında qeyri-dövlət sektorunda fəaliyyət göstərənlərin xüsusi çəkisi 41,6 faizə çatıb.

S.Müslümov diqqətə çatdırıb ki, son vaxtlar məcburi dövlət sosial sığorta haqları üzrə borcların tənzimlənməsi də sahibkarlığın dəstəklənməsinə yönələn tədbirlərdən biridir:

"Ölkəmizdə əmək və məşğulluq sahəsində dövlət siyasətinin icrasında hökumətlə həmkarlar və sahibkarlar təşkilatları arasında sosial tərəfdaşlıq müstəvisində birgə fəaliyyət mexanizminin qurulması xüsusi önəm kəsb edir.

2016-cı ilin sentyabr ayında Azərbaycanda yaradılan Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiya bu sahədə, əmək sferasının mövcud vəziyyətinin və gələcək perspektivlərinin üçtərəflilik (tripartizm) prinsipi əsasında qiymətləndirilməsində uğurlu iş təcrübəsi formalaşdırıb”.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Kino biletləri də ABB mobile tətbiqində!
İqtisadiyyat 10:16
Kino biletləri də ABB mobile tətbiqində!
Azərbaycan nefti 113 dollara ticarət olunur
İqtisadiyyat 09:18
Azərbaycan nefti 113 dollara ticarət olunur
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:12
Bu günün valyuta məzənnələri açıqlanıb
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol