• $
  • €
  • ₽
  • ₺
  • £

“Abituriyent Məsləhət Mərkəzi” yaradıldı – ÖDƏNİŞSİZDİR

“Abituriyent Məsləhət Mərkəzi” yaradıldı – ÖDƏNİŞSİZDİR
09.04.2018 17:00
Dövlət İmtahan Mərkəzi (DİM) və Azərbaycan Universiteti arasında əldə edilmiş razılığa əsasən, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərə kömək məqsədilə Azərbaycan Universitetində ödənişsiz əsaslarla fəaliyyət göstərən "Abituriyent Məsləhət Mərkəzi” yaradılıb.
 
Bu haqda Modern.az-a DİM-dən bildirilib.
 
Bu gündən fəaliyyətə başlayan "Məsləhət mərkəzi”ndə xüsusi treninq keçmiş əməkdaşlar abituriyentlərə tələbə qəbulu qaydaları, ali və orta ixtisas təhsili müəssiələrinə ərizə qəbulu, "Abituriyentin elektron ərizəsi”nin doldurulma və təsdiq edilməsi qaydası və bu zaman qarşıya çıxa biləcək texniki problemlərin həlli, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan məsələlər və s. haqqında ödənişsiz köməklik göstərirlər. Abituriyentlər onları maraqlandıran suallarla bağlı "Abituriyent Məsləhət Mərkəzinə” müraciət edə bilərlər.
 
"Abituriyent Məsləhət Mərkəzi” Azərbaycan Universitetində həftənin 5 günü (şənbə və bazar günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək fəaliyyət göstərir.
 
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli 71.
 
Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi və Qərbi Kaspi Universiteti arasında əldə edilmiş ilkin razılığa əsasən, növbəti "Abituriyent Məsləhət Mərkəzi” bu universitetdə yaradılacaq. Qərbi Kaspi Universitetində fəaliyyət göstərəcək məsləhət mərkəzi haqqındaəlavə məlumat veriləcəkdir.
 
Digər ali və orta ixtisas təhsil müəssisələri də bu tip məsləhət mərkəzlərinin yaradılması və abituriyentlərə xidmət göstərilməsi ilə bağlı Dövlət İmtahan Mərkəzinə müraciət edə bilərlər. Məsləhət mərkəzinin yaradılması və s. məsələlərlə bağlı DİM tərəfindən dəstək göstərilir.
 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol