• $
  • €
  • ₽
  • ₺
  • £

ABB-nin bəzi struktur bölmələri yenidən təşkil olunacaq

ABB-nin bəzi struktur bölmələri yenidən təşkil olunacaq
09.04.2018 18:00
Bu gün "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Müşahidə Şurasının yeni tərkibdə ilk toplantısı keçirilib.
 
Azərbaycan Beynəlxalq Bankından "APA-Economics"ə verilən məlumata görə, toplantıda bankın 2018-ci ilin 1-ci rübü üzrə maliyyə nəticələri, daxili komitələrinin tərkibi və əsasnamələri, bankın təşkilati strukturu, İdarə Heyətinə 2 yeni üzvün qəbulu və cari məsələlərə baxılıb.
 
Qeyd edilib ki, Azərbaycan dövlətinin dəstəyi ilə sağlamlaşdırma prosesini uğurla başa çatdırmış Azərbaycan Beynəlxalq Bankı hazırda yeni inkişaf mərhələsindədir. Bankın kapital mövqeyinin bərpası, dayanıqlılığı, gəlirliliyi təmin olunub. Görülən işlərin müsbət nəticəsi kimi, Azərbaycan Beynəlxalq Bankı 2018-ci ilin ilk rübünü mənfəətlə başa vurub. Ölkə iqtisadiyyatını dəstəkləyən sağlam və güclü maliyyə institutu kimi bankın fəaliyyətinin səmərəliliyinin və effektivliyinin artırılması, idarə edilməsinin müasir korporativ standartlar əsasında təşkili, kadr siyasətinin təkmilləşdirilməsi və s. istiqamətində müvafiq tədbirlər həyata keçirilir. Bu tədbirlərin davamı kimi, Müşahidə Şurasının iclasında bankın daxili komitələrinin tərkibi və onların yeni əsasnamələri təsdiqlənib. Azərbaycan Beynəlxalq Bankının təşkilati strukturunun optimallaşdırılması, institusional inkişafı məqsədilə qabaqcıl təcrübəyə uyğun bir neçə ixtisaslaşmış struktur bölmənin yaradılmasına, bəzi struktur bölmələrin isə yenidən təşkilinə qərar verilib.
 
Müşahidə Şurasının iclasında Bankın İdarə Heyəti sədrinin müavini Aqşin Əmirov İdarə Heyətinin üzvü və bankın Baş risk inzibatçısı təyin edilib. Nəbi Əliyev isə İdarə Heyətinə üzv qəbul edilməklə İdarə Heyəti sədrinin müavini, Baş maliyyə inzibatçısı vəzifəsinə təyin olunub.
 
Bildirilib ki, Azərbaycan Beynəlxalq Bankının gələcək fəaliyyət strategiyasının hazırlanması istiqamətində iş gedir, strateji hədəflərə nail olmaq, bankın ən mükəmməl xarici təcrübəyə uyğun dayanıqlı inkişafını təmin etmək üçün bütün imkanlardan istifadə ediləcək.
 
Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 40 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol