• $
  • €
  • ₽
  • ₺
  • £

5-ci “Barama Hackathon” yarışması

5-ci “Barama Hackathon” yarışması
18.04.2018 15:10
Yaz buraxılışı

Azercell Telekom MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi PAŞA Bank-ın dəstəyi ilə gənc proqramçılar üçün təşkil etdiyi təlim və yarış xarakterli "Barama Hackathon 2018” layihəsinə start verib.

Bütün dünyada "Hackhathon”lar adətən "Google”, "Netflix”, "Facebook”, "HP” və "Microsoft” kimi nəhəng şirkətlər tərəfindən həyata keçirilir. Burada proqramçılar komanda şəklində müəyyən bir mövzu ilə bağlı məhdud zaman çərçivəsində rəqəmsal resurslar hazırlayır. Developerlərə təqdim olunan bu dəfəki mövzu – Azercell müştərilərinə, onların cihazlarının təmir statusu barədə SMS və platform-daxili bildirişlərlə xəbər verən müstəqil platformanın yaradılmasıdır. 15 komandanın mübarizə aparacağı yarışa 5 May saat 09:00-da start veriləcək. 36 saat davam edəcək yarış 6 May saat 21:00-də dayandırılacaq. Bu müddət ərzində hazırlanan mobil tətbiqlər 10 may tarixində münsiflər heyətinə təqdim olunacaq. I yerin qalibi rəqəmsal məhsulun hazırlanmasına və Azercell-də tətbiqinə görə şirkətlə 5000 AZN dəyərində müqavilə imzalamaq şansını qazanacaq. II və III yerin qalibləri isə PAŞA Bank və Barama tərəfindən dəyərli hədiyyələrlə mükafatlandırılacaqlar.

Müsabiqədə iştirak etmək istəyən proqramçılar 02.05.2018 tarixinə qədər hackathon.barama.az saytına daxil olaraq qeydiyyat formasını doldurmalıdırlar.

Layihə çərçivəsində komandaların qida təlabatı Özsut restoranlar şəbəkəsi, tədbirin Media dəstəyi isə technote.az portalı və Barama Media tərəfindən təmin ediləcək

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
İqtisadiyyat 12:46
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
Новая функцияYeloInvest: узнайте больше о своём портфеле!
İqtisadiyyat 12:43
Новая функцияYeloInvest: узнайте больше о своём портфеле!
"Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçib
İqtisadiyyat 12:22
"Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol