• $
  • €
  • ₽
  • ₺
  • £

Əhalinin ən çox istifadə etdiyi mobil əlavə Unibank Mobile-dır

Əhalinin ən çox istifadə etdiyi mobil əlavə Unibank Mobile-dır
20.04.2018 11:23
Siz hansı bankın mobil əlavəsindən istifadə edirsiniz? Artıq əksər bank müştərisinin bu suala bir cavabı var: Unibank Mobile-dan. Unibankın mobil əlavəsi Unibank Mobile əhalinin ən çox məlumatlı olduğu və yüklənən mobil bank əlavəsidir. "Business Insight International Research Group” tərəfindən mart-aprel aylarında (14 mart-2 aprel) aparılmış sorğunun nəticələri də bunu göstərir. Bakı, Gəncə və Sumqayıt şəhərlərində yaşayan mindən çox respondent arasında keçirilən sorğuya əsasən, ölkə banklarının mobil əlavələri içərisində Unibank Mobile istifadə səviyyəsinə görə 1-ci yerdədir.

"Zəhmət olmasa, eşitdiyiniz mobil bank xidmətləri olan bankların adlarını qeyd edin” sualına cavablar arasında ən çox Unibankın adı çəkilib. Çarpaz təhlillər göstərib ki, bu xidmətindən istifadə edənlər arasında, başqa banklara nisbətən gənc müştəriləri ən çox olan Unibankdır.

Xatırladaq ki, Unibank Mobile son illərdə beynəlxalq monitorinq şirkətləri tərəfindən də MDB-nin ən mükəmməl mobil əlavələrindən olmaqla, Azərbaycanın ən yaxşı mobil bank əlavəsi seçilib. 2017-ci ildə nüfuzlu "Markswebb” agentliyi MDB banklarının "Mobile banking” xidmətləri üzrə hazırladığı reytinqdə Azərbaycanın ən yaxşı mobil bankı olaraq "Unibank” KB-nı seçilib. Unibank Mobile 2016-cı il üçün də MDB məkanında ən yaxşı mobil əlavələrdən biri hesab olunub. "Deloitte & Touche LLC” şirkətinin araşdırması nəticəsində, Azərbaycan bank sistemində ən qabaqcıl mobil bankinq xidmətinin, məhz Unibank Mobile olduğu açıqlanıb.

Unibank Mobile istifadəçilərinin sayı hazırda 150.000-i keçib. Unibank Mobile, Unibank müştərisinin bütün bank məhsul və xidmətlərinin 90-95 faizindən öz telefonunda istifadə etmək imkanının yaradılmasını məqsəd qoyub. Qoşulması çox asan olan Unibank Mobile, bankın müştərisini təhlükəsiz, sürətli və rahat bank xidmətləri ilə təmin edir.

Unibank Mobile- bankdan daha yaxın!

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol