• $
  • €
  • ₽
  • ₺
  • £

Bu bank Azərbaycana 1 milyard ayırır

Bu bank Azərbaycana 1 milyard ayırır
24.04.2018 11:27
2018-2020-ci illərdə Asiya İnkişaf Bankı (AİB) Azərbaycana ümumilikdə kredit proqramı çərçivəsində 900 mln. dollar vəsait ayıracaq.

APA xəbər verir ki, sərmayə resursları – Asiya İnkişaf Fondu və digər xüsusi fondlar hesabına Azərbaycana ayrılan kreditlər və qrantların ümumi həcmi 2,46 mlrd. dollara bərabərdir.

"2017-ci ilin dekabrında AİB Azərbaycanda iki proqram üçün 650 milyon dollar məbləğində krediti təsdiqləyib. İlk proqram 400 milyon dollar məbləğindəki Dəmir Yolu Sektoru İnkişaf Proqramıdır. İkinci proqram isə 250 milyon dollar məbləğindəki Hökumət və İctimai Sektorun Effektivlik Proqramıdır. Bundan başqa, AİB qeyri-hökumət təşkilatları və özəl sektora da birbaşa kreditlər, kapitala investisiyalar və digər formalarda maliyyə yardımı göstərir. 2017-ci ildə AİB-in öz ehtiyatları hesabına maliyyələşən 29 qeyri-hökumət kreditləşməsi üçün 3,17 mlrd. dollar vəsait ayrılıb. Ümumiyyətlə, 2017-ci ildə 27 tranzaksiya çərçivəsində 2,29 mlrd. dollar vəsait ayrılıb. 2017-ci il dekabrın 31-nə kapital ehtiyatları hesabına qeyri-hökumət təşkilatlarına ayrılan vəsaitin məbləği 10,9 milyard dollar olub,” – deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, Azərbaycan AİB-ə 1999-cu ildə qoşulub. Bugünədək AİB Azərbaycana kreditlər, qrantlar v texniki yardım formasında 4,61 mlrd. dollar vəsaitin ayrılmasını təsdiqləyib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol