• $
  • €
  • ₽
  • ₺
  • £

Məcburi köçkünlərin göz müayinəsi

Məcburi köçkünlərin göz müayinəsi
24.04.2018 15:26
Azercell Telekom MMC-nin Mobil Göz Klinikası 2018-ci ilin ilk 3 ayı ərzində fəaliyyətini uğurla davam etdirib, müxtəlif göz xəstəliklərindən əziyyət çəkən insanlara xidmət göstərib.
 
Yeni ilin ilk ayında klinikanın həkimləri Nizami rayonunda məskunlaşan məcburi köçkünlər, İsmayıllı rayonu Hüquq dünyası humanitar ictimai birliyində ehtiyacı olan, eləcə də Abşeron rayonu Zəngilan şəhərciyi 33 saylı tam orta məktəbdə təhsil alan şagirdlər üçün müayinələr təşkil ediblər. Fevral ayında klinikanın həkimləri Kürdəmir rayonu UAFA təşkilatının əməkdaşlarını, Sabunçu rayonu Rus icmasının üzvlərini və Qaraçuxur qəsəbəsində məskunlaşan qaçqınları müayinəyə cəlb ediblər. Mart ayında Xırdalan şəhəri 1 saylı yataqxanada, Lökbatan qəsəbəsində və Bərdə rayonunda məskunlaşan məcburi köçkünlər bu layihədən pulsuz yararlanıblar. Ümumilikdə bu ilin ilk 3 ayı ərzində 400-ə yaxın ehtiyacı olan xəstəyə pulsuz göz müayinəsi xidməti göstərilib.

Xatırladaq ki, layihə çərçivəsində bütün müayinə və müalicə tədbirləri Azercell-in dəstəyi ilə "Xəzər Qayğıkeşlik Layihəsi" İctimai Birliyi tərəfindən həyata keçirilir. Fəaliyyət göstərdiyi 5 il ərzində layihə çərçivəsində klinika artıq Bakı şəhərindəki bir çox internat məktəblərinə, uşaq evlərinə səfər edib. Eyni zamanda klinikanın həkimləri Bakı ilə yanaşı, ölkənin bir çox bölgələrində müalicəyə ehtiyacı olan insanlara xidmət göstəriblər.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
İqtisadiyyat 12:46
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol