• $
  • €
  • ₽
  • ₺
  • £

Bakının zəif internet dərdi: abunəçini kim aldadır?

Bakının zəif internet dərdi: abunəçini kim aldadır?
30.04.2018 14:13
Küləyin, yağışın internetin sürətinə təsir etməsi bəhanədir. Konkret olaraq, Azərbaycanda internet yüksək deyil.

Bu sözləri Axar.az-a Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz son günlər internetin həddən artıq zəif olması ilə bağlı danışarkən deyib. O.Gündüz bildirib ki, provayderlər məqsədyönlü şəkildə vətəndaşları aldadır:

"İki növ internet var - kabel-kanalizasiya telefon xətti ilə gələn internet və mobil internet. Düşünmürəm ki, külək və ya yağış həm kabel, həm də mobil internetin sürətinə təsir etsin. Sadəcə Azərbaycan interneti keyfiyyətsizdir. Keyfiyyətsizliyə müxtəlif amillər təsir edir.

Məsələn, provayderlər məqsədyönlü şəkildə çəkidə aldadırlar. Yəni əsas provayderdən az alır, ancaq çox adama satırlar. Tutaq ki, 5 min müştəriyə 50 geqabayt internet verilməli olduğu halda, 50 geqabaytın pulu alıbıb, 20 geqabayt internet verilir. Burada müştəri aldadılır.

ADS ilə (telefon xəttinin üzərindən) internet alan abunəçilərdə isə internet, ümumiyyətlə, zəif olur və onun sürətini artırmaq da mümkün olmur. Abonentin xətti zəifdirsə, deməli, telefon xəttində problemlər var, xətt köhnədir, kanalizasiyadan keçir və ya qırıqlıq var. Bu zaman yaranan zəiflikdə provayderin günahı deyil. Xətt dəyişdirilməlidir. Yox əgər, xətt dəyişdirildikdən sonra da problem yaranırsa, demək, sürətdə aldadılma var”.

O.Gündüzün sözlərinə görə, ölkədə internetin keyfiyyətinin zəif olması Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin infrastrukturunun problemidir:

"İntrnetin keyfiyyətsizliyi provayderlərdən və nazirliyin infrastrukturundan qaynaqlanır. Çünki sürətli internet üçün nazirlik fiberoptik infrastruktur yaratmalıdır”.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol