• $
  • €
  • ₽
  • ₺
  • £

Prezident ipoteka ilə bağlı nə dəyişiklik etdi? - Şərh

Prezident ipoteka ilə bağlı nə dəyişiklik etdi? - Şərh
03.05.2018 10:27
İqtisadçı ekspert Vüqar Bayramov ölkə prezidenti tərəfindən İpoteka və Zəmanət Fondunun nizamnaməsində edilən dəyişikliklərlə bağlı fərmanları şərh edib. V. Bayramov bununla bağlı "Qafqazinfo”ya bildirib ki, Azərbaycan prezidenti tərəfindən İpoteka və Zəmanət fondunun nizamnaməsində edilən dəyişikliklər ipotekaya əlçatanlığın təmin edilməsi baxımından vacibdir: "Dəyişikliklərə diqqət yetirsək görərik ki,  burada sözügedən Fondun fəaliyyətinin genişləndirilməsi nəzərdə tutulur. 

Əvvəl bu fond ipoteka və güzəştli kredit təklif edirdisə, indi artıq İpoteka Fondu yalnız ipoteka və güzəştli kreditlər təklif etməyəcək. Eyni zamanda, yaşayış sahələri alaraq onun kirayə verilməsini də təmin edəcək. Bu Rusiya və digər MDB ölkələrində olduğu kimi kirayə mənzil fondunun formalaşması deməkdir. Bu da İpoteka və Zəmanət Fonduna imkan verəcək ki, mənzilləri və yaşayış binalarını satın alaraq Kirayə Fondu formalaşdıra bilsin. Rusiya təcrübəsinə diqqət yetirsək, bunun da özəlliyi ondan ibarətdir ki, bu zaman vətəndaş daha ucuz qiymətə Kirayə Fondunda olan mənzildən istifadə edə bilir. Rusiya və MDB ölkələrində bu prosesdə 40 faizə qədər güzəşt tətbiq edilir. Eyni ərazidə mənzilin aylıq kirayə haqqı 400 manatdırsa, o zaman vətəndaş Sosial Kirayə Fondundan istifadə edən zaman təxminən 240 manat ödəməklə kirayədə qala bilir. Bu da az vəsait ödəməklə kirayə qalmaqla ev almaq imkanı yaradır”.

Onun sözlərinə görə, İpoteka Fondunun yeni nizamnaməsində xüsusən də 2018- ci ildə sahibkarlara manatla verilən kreditlərə subsidiyanın verilməsi mexanizmi öz əksini tapıb: "İpoteka Fondu 2018- ci ildə kommersiya banklarından alınan kredit faizlərinin subsidiya edilməsi ilə bağlı məsələni hesablamalıdır. Buna uyğun olaraq da gəlir mənbələri formalaşmalıdır. Bunun mahiyyəti ondan ibarətdir ki, İpoteka və Zəmanət Fondu sahibkarların aldıqları kreditlərin faizlərini subsidiya edəcək. Bu zaman sahibkar bankdan 18 faizlə kredit alır.  Və onun 8 faizini İpoteka və Zəmanət Fondu tərəfindən subsidiya edilə bilər. Nəticədə sahibkarın cəlb etdiyi kredit 18 faizdirsə bunun da 18 faizi dövlət tərəfindən ödənildiyinə görə sahibkar 10 faiz ödəməklə həmin kreditə sahib olmuş olacaq. Bu da imkan verəcək ki, sahibkarlar daha ucuz faizlə kredit əldə etməklə öz fəaliyyətlərini genişləndirsin.
 
Bundan əlavə, yeni qaydalara əsasən İpoteka və Zəmanət Fondu vergilərdən azad ediləcək. Bu da İpoteka Fondunun gəlirlərinin artırılması baxımından vacibdir. İpoteka Fondu hesalanmış vergini ödəməməklə həmin vəsaiti öz sərəncamında saxlaya biləcək. Nəticədə bu İpoteka Fondu tərəfindən daha çox kredit təklif etmək, eyni zamanda kredit faizlərindən daha çox subsidiya vermək imkanı deməkdir. Bu da İpoteka Fondunun maliyyə imkanının genişləndirilməsinə xidmət edəcək. 

İpotek Fondu bu kontekstdə təklif etdiyi kreditlərin həcmində, eyni zamanda kreditləşmə üçün subsidiya mexanizminin genişləndirilməsinə müsbət tədir göstərəcək Nəticədə, qaydalara əsasən İpoteka Fondunun xidmətlərinin elektron hökumət portalına inteqrasiyası prosesi davam etdiriləcək. Bu da kredit və subsidiya mexanizmindən istifadə etmək üçün müraciət zamanı şəffaflığın təmin edilməsi baxımından vacibdir”.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol