• $
  • €
  • ₽
  • ₺
  • £

Gəlin gizlənpaç əvəzinə başqa oyun oynayaq - Nazir

Gəlin gizlənpaç əvəzinə başqa oyun oynayaq - Nazir
04.05.2018 11:26
Bu gün Azərbaycanda 180 min sadələşdirilmiş vergi ödəyicisi var. Onların təqdim etdiyi vergi bəyannamələrindən görünür ki, cəmi 5 mininin dövriyyəsi 100-200 min manat arasındadır. Qalan 175 min sahibkarın dövriyyəsi isə 100 min manatdan azdır.

Report xəbər verir ki, bunu Vergilər naziri Mikayıl Cabbarov ötən gün Azərbaycan sahibkarları ilə görüşündə deyib.

O, bu barədə sadələşdirilmiş vergi ödəyicilərinin əlavə dəyər vergisinə (ƏDV) də cəlb olunması ilə bağlı müəyyən edilmiş dövriyyə limitinin 200 min manatdan 500 min manata çatdırılması barədə təklifə münasibət bildirərkən danışıb.

"Əgər siz təklif etdiyiniz kimi limiti 200 min manatdan 500 min manata qaldırsaq, bu, sadələşdirilmiş vergi ödəyicilərinin cəmi 3%-nin iqtisadi maraqlarıma xidmət edir. Çünki 97%-lik hissə 100 min manatdan az dövriyyə bəyan edir", - deyə nazir qeyd edib.

M.Cabbarovun sözlərinə görə, sadələşdirilmiş vergi sistem bəzi sahibkarlar üçün dövriyyəni azaltmaq üçün alətə çevrilib:

"Çox təəssüf ki, sadələşdirilmiş vergi sistemi son illər məhz dövriyyəni azaltmaq və özünü kiçik biznesmen adlandırmaq üçün bir alət olub".

Bundan başqa, nazir bildirib ki, bir sıra dükanlarda kassa aparatlarına müdaxilə olunur və dövriyyə göstəricisi azaldılır:

"Onlar bizə göstərir ki, dövriyyələri 180 min manatdır və bizim 4%-lik vergi öhdəliyimiz var. Mən də deyirəm ki, bu, anormaldır, biz bu yolla getməməliyik. Bu, inkişaf yolu deyil. Biz bir şeyi anlamalıyıq ki, vergi dövriyyəsini azaltmaq prinsip etibarı ilə vergi cinayətidir. Gəlin gizlənpaç əvəzinə başqa, hansısa bir komanda oyunu oynayaq".

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol