• $
  • €
  • ₽
  • ₺
  • £

“Mentorlarla səhər yeməyi”

“Mentorlarla səhər yeməyi”
10.05.2018 16:52
Azercell-in Barama mərkəzi gənc startaplara dəstəyini davam etdirir

Azercell Telekom MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi gənc startaplara layihələrinin uğurla reallaşdırılması, onların dünyagörüşünün artırılması üçün dəstəyini davam etdirir. Mərkəzin 2017-ci ildə start verdiyi "Mentorlarla səhər yeməyi” layihəsi çərçivəsində gənc startaplar nüfuzlu və öz sahəsində uğur qazanmış sahibkarlarla mütamadi olaraq görüşürlər. Bu dəfəki görüş marketinq, strategiya, tədbirlərin idarə edilməsi və biznesin inkişafı üzrə peşəkarlaşmış, hal-hazırda "Seedstars" Orta Şərq və Şimali Afrikanın Regional Biznes İnkişafı Meneceri vəzifəsində çalışan və bu bölgədə şirkətin genişlənməsinə liderlik edən Kamran Səmədli ilə baş tutub.

Hər ay Barama mərkəzi tərəfindən təşkil olunan görüşlərdə uğurlu biznes adamları və sahibkarlar gənc startaplarla aktual məsələləri və üzərində çalışdıqları layihələri müzakirə edir, gələcəkdə reallaşdırılması mümkün olan işlər üçün dəyərli məsləhətlər verir. Görüşdə biznesin idarə olunması, investor və tərəfdaşların aşkar edilməsi, satışların artırılması, əlaqələrin genişləndirilməsi və s. mövzular üzrə diskussiyalar da aparılır.

Məlumat üçün bildirək ki, Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi Azərbaycanda sahibkarlığa dəstək vermək məqsədilə 2009-cu ildə Azercell şirkəti tərəfindən yaradılıb. Barama əsasən informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən layihələri və yaranmaqda olan startapları dəstəkləyərək onların şirkətləşməsinə kömək edir. Qeyd edək ki, Barama Mərkəzi fəaliyyətdə olduğu 9 il ərzində 70-dən çox startap layihəyə dəstək olub, onlardan 45-i uğurlu biznes qurub.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol