• $
  • €
  • ₽
  • ₺
  • £

2 gün yuxusuz qalan developerlər arasında qaliblər bəlli oldu

2 gün yuxusuz qalan developerlər arasında qaliblər bəlli oldu
14.05.2018 13:53
Azercell-in "Barama Hackathon 2018” yarışı başa çatdı

Dünyada kifayət qədər nüfuzlu yarışma kimi qəbul olunan Hackathon layihəsinin Azərbaycan üzrə qalibləri bəlli olub. Beləliklə, «Azercell Telekom» MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin uğurla reallaşdırdığı və PAŞA Bank-ın dəstək verdiyi daha bir təlim və yarış xarakterli layihənin qalibləri aşağıdakılardır: I yer - "Dev Adamlar", II yer - "Brogrammers", III yer - "Web's Dragons". Qaliblər Azercell, Barama Mərkəzi və PAŞA Bank tərəfindən dəyərli hədiyyələrlə mükafatlandırılıb.

Proqramçıların marafonu hesab edilən "Hackathon" yarışı Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin təşkilatçılığı ilə artıq ənənə halını alaraq 5-ci dəfə baş tutur. Layihədə iştirak edən proqramçılar komanda şəklində müəyyən bir mövzu ilə bağlı məhdud zaman çərçivəsində rəqəmsal resurslar hazırlayır. Developerlərə təqdim olunan bu dəfəki mövzu – Azercell müştərilərinə, onların cihazlarının təmir statusu barədə SMS və platform-daxili bildirişlərlə xəbər verən müstəqil platformanın yaradılması olub. 14 komandanın mübarizə apardığı yarışma 36 saat davam edib. Layihə çərçivəsində tədbirin Media dəstəyi technote.az portalı və Barama Media , komandaların qidalanması isə Özsut restoranlar şəbəkəsi tərəfindən təmin edilib. Müsabiqə iştirakçıları Paşa Sığorta tərəfidnən yarış müddəti ərzində təcili tibbi yardım xidməti ilə də təmin edilmişdilər.

Qeyd edək ki, Azərbaycanda yaradılmış ilk İnkubasiya mərkəzi olan Azercell-in Barama İnnovasiya və Sahibkarlıq mərkəzi zəngin təcrübə, peşəkar mentorlarla əlaqələr və nüfuzlu əməkdaşların dəstəyi ilə fərqlənir. Barama, əsasən, İT layihələri, Bulud Hesablamalar (Cloud Computing) və Biznes Həlləri, Oyunlar, IOT, Fintech, Kənd Təsərrüfatında İnnovativ Həllər, Virtual Reallıq, İnkişaf Etmiş Reallıq və Süni İntellekti dəstəkləyir və yaradır. Mərkəz indiyə qədər dünyada kifayət qədər nüfuza malik olan beynəlxalq yarışları və müxtəlif biznes tədbirləri Azərbaycanda təşkil edib, startapların öz bizneslərini qurmasına, innovativ xidmətlər göstərməsinə və yeni müştərilər əldə etməsinə kömək göstərib.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol