Səlim Müslümovun ünvanına lənətlər - VİDEO

Sosial şəbəkələrin Azərbaycan seqmentində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mingəçevir şəhərində yerləşən idarəsində çəkilən video sürətlə yayılır.
Anews.az-ın məlumatına görə, videoda dəhlizdə toplaşan insanlar Azərbaycanın sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovdan şikayət edirlər.
Qeyd edək ki, bundan əvvəl KİV-də yayılan məlumatlara əsasən, nazir 2,5 milyard dollar vəsaitin mənimsəməsində ittiham olunurdu.
Məhz onun vaxtında əlillik statusu pulla verilirdi, əsl əlillər və müharibə veteranları isə öz müavinlərini rüşvət vermədən ala bilmirdilər.
Onuhn cinayət tərkibli əməllərinin nəticəsi olaraq, Azərbaycanda pulla əlillik statusu, pensiya alan sağlam insanlar var.
Videoda yer alan insanlardan biri, Səlim Müslümovu lənətləyir – "Sənin uşaqların və nəvələrin mənim övladlarımın düşdüyü vəziyyətə düşsünlər.
O, üzərinə benzin töküb yandırmaqla hədələyib.
Videoda həmçinin ayaqsız əlil və döyüş zonasında xidmət edən və əlindən yaralanan gənci görmək olar. Onların üzləri ümidsizlik ifadə edir.
Qeyd edək ki, Azərbaycan prezidentinin 21 aprel tarixli sərəncamı ilə Sahil Babayev əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsinə təyin olunub.
Bu təyinat tezliklə nazirlikdə islahatların aparılmasına və struktur dəyişikliklərinə səbəb olacağı kimi qiymətləndirilir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 13:41
Fariz Əliyev: Azərbaycan Orta Dəhlizi yüksək əlavə dəyər yaradan iqtisadi dəhlizə çevirməyi hədəfləyir

İqtisadiyyat 13:00
Kamal Abbasov: Azərbaycan İtaliya ilə yaşıl enerji layihələrini genişləndirmək niyyətindədir

İqtisadiyyat 11:56
Mikayıl Cabbarov: Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsi 9 milyard dolları ötüb

İqtisadiyyat 11:49
Antonio Tajani: İtaliyanın Azərbaycana ixracı yüksək keyfiyyətli məhsullarla genişləndirilə bilər




















