• $
  • €
  • ₽
  • ₺
  • £

Putin Paşinyanı devirmək üçün hərəkətə keçdi

Putin Paşinyanı devirmək üçün hərəkətə keçdi
07.06.2018 16:24
Rusiya Nikol Paşinyanı devirmək üçün hərəkətə keçib.

Publika.az xəbər verir ki, Ermənistan mediası parlamentdə "Sarukyan” blokunun lideri Qagik Sarukyanın Moskvaya qəfil səfərinin İrəvanda yeni çevrilişə hazırlıq olduğunu yazıb.


Erməni şərhçi Qarnik Qevorqyan yazır ki, Sarukyan Moskvada Rusiya hakimiyyətinin yüksəkvəzifəli nümayəndələri ilə görüşüb.

"Maraqlıdır ki, Sarukyanın Moskvaya qəfil səfəri hökumətin proqramını açıqlayacağı haqqında bəyanatından sonra oldu. Proqramda növbədənkənar parlament seçkilərinin keçiriləcəyi qeyd olunur. Böyük ehtimalla Sarukyanın Moskvaya gedişini seçkiqabağı səfər saymaq olar. O, seçkilərdə Rusiyanın mövqeyini dəqiqləşdirmək, yeni reallıqda digər rusiyayönümlü gücləri birləşdirmək və digər hədəflərlə bağlı müzakirə aparıb. Ermənistandakı inqilab təkcə Sarkisyanı hakimiyyətdən məhrum etmədi, həm də Rusiya təsirini azaltdı. İndi növbədənkənar parlament seçkilərində təkcə erməni siyasi qüvvələr yox, həm də Moskva hazırlanır. Yaxın vaxtlarda Ermənistandakı rusiyayönümlü qüvvələrlə əməkdaşlıq güclənəcək. Bu baxımdan, Sarukyanın ilk olaraq Moskvaya getməsi təsadüfi deyil. Sarukyan Rusiya rəhbərliyi, eləcə də Belarus prezidenti Aleksandr Lukaşenko ilə yaxşı münasibətləri var. Həmçinin, o, Robert Koçaryan kimi hakimiyyətin dayaqlarından biridir. Yəni Sarukyan Ermənistanda Rusiyanın dayaqlarından biri hesab olunur”, - deyə o bildirib.

Q. Qevorqyan Sarukyanın Moskva səfərindən sonra Ermənistanın daxili siyasətində dəyişikliklərin olacağını qeyd edib: "Həmçinin görünən odur ki, Moskva təkcə Sarukyan və Respublika Partiyası ilə deyil, ölkə daxilində bir neçə subyektlə işləyəcək. Ötən illərin təcrübəsi bunu təsdiqləyir. Sadəcə olaraq, Rusiya seçkilərə qədər mövcud Paşinyan hakimiyyəti ilə işləyəcək, seçkilərdə isə öz qüvvələrinə dəstək verəcək. Paşinyanı devirmək üçün yaxın günlərdə Ermənistandakı rus qüvvələri hərəkətə keçəcək”.
www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
İqtisadiyyat 12:46
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
Новая функцияYeloInvest: узнайте больше о своём портфеле!
İqtisadiyyat 12:43
Новая функцияYeloInvest: узнайте больше о своём портфеле!
"Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçib
İqtisadiyyat 12:22
"Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol