• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıya 100-ə yaxın "Təcili yardım" maşını gətiriləcək

Bakıya 100-ə yaxın "Təcili yardım" maşını gətiriləcək
24.11.2014 19:27

“Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası (BŞTTTYS) digər dövlət qurumları kimi, 2015-ci il iyunun 12-də Bakıda start götürəcək I Avropa Oyunlarına ciddi hazırlaşır. Belə ki, hazırlıq çərçivəsində dekabrın 1-də stansiyanın yeni mərkəzinin açılışı nəzərdə tutulur”.

ANN.Az “Report”a istinadən xəbəbr verir ki, bu haqda məlumatı  BŞTTTYS-nin baş həkimi Mürsəl Həmidov deyib.

Onun sözlərinə görə, stansiyanın bu günə qədər 21 mərkəzi fəaliyyət göstərib. 22-ci yeni mərkəz isə Vergilər Nazirliyinin inzibati binasının yanında, Ələsgər Ələkbərov küçəsi 45 ünvanında olacaq. Baş həkim onu da əlavə edib ki, Oyunlara hazırlıq çərçivəsində həm də 100-ə yaxın yeni sanitar avtomobillərin gətirilməsi planlaşdırılır. Artıq avtomobillərin bir hissəsi paytaxta gətirilib. I Avropa Oyunlarına görə stansiya işçiləri üçün beynəlxalq proqramlar üzrə hazırlıq kurslarının təşkil olunduğunu deyən M.Həmidov qeyd edib ki, hazırda stansiyanın tibb işçiləri xarici dil örənmək bacarıqlarını daha da təkmilləşdirməyə sövq olunub. Bu da Oyunlarda fəaliyyət göstərən işçilərə yüksək keyfiyyətdə yardım göstərməyə imkan yaradacaq. O, həmçinin vurğulayıb ki, hazırda stansiyada 2500-ə yaxın personal, 700 nəfər isə sürücü işləyir.

Qeyd edək ki, 2015-ci il iyunun 12-də Bakıda start götürəcək I Avropa Oyunları idmanın 20 növü üzrə təşkil olunacaq. Oyunlar 17 gün davam edəcək.

ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol