• $
  • €
  • ₽
  • ₺
  • £

Bank xidmətləri çökdü, dolları harada dəyişək? - VİDEO

Bank xidmətləri çökdü, dolları harada dəyişək? - VİDEO
15.06.2018 14:07
Azərbaycanda dolların alış-satışı ilə bağlı ciddi problemlər yaranıb. Əvvəllər dolları az qala hər küçədə yerləşən valyuta dəyişmə məntəqəsində milli pula çevirmək və ya əksini etmək mümkün idisə, indi bu, ciddi problemlə çevrilib.

Yenicag.az bildirir ki, bu problem istirahət və bayram günlərində də daha ciddi formada biruzə verir. Banklar işləmir, əvvəlki kimi hər tinin başında valyuta dəyişmə məntəqəsi də yoxdur.

Bəs, nə etməli? Üz tutursan elektron valyuta dəyişmə məntəqələrinə. Amma buradakı mənzərə də ürəkağrıdandır.

Təsəvvür edin, Bakının mərkəzi küçələrindən olan "28 May”da yerləşən iki ən önəmli və ciddi bankın valyuta dəyişmə bankomatları yararsız haldadır.

"Kapital Bank”ın bankomatında pul yoxdur, "Paşa Bank”da isə bu sistem işləmir.

Bakı sakinləri onsuz da bu tip durumlara alışıb. Birtəhər yola verməyə çalışacaq. Bəs, ölkəyə səfər edən turist? "Kapital Bank” və "Paşa Bank”ın bankomatlarına pul dəyişə bilmədikdən sonra nə düşünəcək? Bəziləri üçün bu xırda məsələ kimi görünsə də, əslində çox ciddi problemdir. Biz də başa düşürük ki, elektron sistem çox gözəldir, amma yaxşı olardı ki, bu sözdə yox, əməldə tətbiq olunsun.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol