• $
  • €
  • ₽
  • ₺
  • £

Millət vəkili: Oğlanlarımızı evləndirmək üçün qız tapılmayacaq

Millət vəkili: Oğlanlarımızı evləndirmək üçün qız tapılmayacaq
23.06.2018 16:28
Son illər Azərbaycanda qız uşaqlarının sayı getdikcə kəskin şəkildə azalmaqdadır. Bunlar çox ciddi problemlərdən, gələcəyimizlə bağlı təhlükələrdən xəbər verir.

Bunu Oxu.Az-a açıqlamasında millət vəkili, professor Jalə Əliyeva deyib.

Onun sözlərinə görə, qız uşaqları ilə bağlı problemə 25-30 il öncə nadir hallarda təsadüf olunsa da, amma son illər bu problem ciddi şəkildə yaşanmaqdadır və narahatlıq doğurmaqdadır.

"Azərbaycanda hər zaman qadınlara, qızlara, xanımlara böyük ehtiram, hörmət-izzət olub. Kişilərimiz, böyüklərimiz hər zaman Azərbaycan-Türk xanımlarını özlərinin baş tacları ediblər, bunun belə olduğunu deyiblər. Eyni zamanda, peyğəmbərimiz də buyurub ki, cənnət anaların (qadınların) ayaqları altındadır. Yəni, həm millət, həm İslam dinin daşıyıcıları olaraq,  bizdə qadınlara böyük dəyər, qiymət verilib.

Düzdür, bəzi ölkələrdə, o cümlədən, müsəlman aləmində qız uşaqlarına qarşı ciddi diskriminasiya halları olub, qız uşaqlarının dünyaya gəlməsinə neqativ münasibət yaşanıb və təəssüflər ki, bu gün də belə hallar var.

Amma Azərbaycanda belə hallar olmayıb, olubsa da, tək-tük, diqqət çəkməyib. Amma son illərə bunu aid etmək olmaz.

Xüsusilə də, gənc ailələrdə qız uşaqlarına, onların dünyaya gətirilməsinə münasibətlə bağlı yanlış yanaşmalar var. İndiki nəslin nümayəndələri olan gənc ailələr ya bir uşağa, ya da bir oğlan uşağına üstünlük verirlər.

Bunun hər ikisi yanlış və zərərlidir. Tək uşaq düşüncəsi də, "yalnız oğlan olmalıdır” düşüncəsi də yolverilməzdir.

Bəzi ailələrdə qız uşaqlarının dünyaya gəlməməsi üçün hər addıma gedirlər, sanki qız uşağının, qız övladının olması ayıb işdir.

Biz bu düşüncə ilə hara gedirik? Sabah oğlanlarımızı evləndirmək üçün qız tapılacaqmı? Tapılmayacaqsa, o zaman nə olacaq, o zaman nə deyəcəyik? Bunları düşünən varmı?

Düzdür, qanunvericilikdə, yəni, abortlarla bağlı müəyyən cəzalar tutulur, amma hesab edirəm ki, bunlar yetərli deyil.

Həm də elə məsələlər var ki, onlar təkcə qanunlarla tənzimlənmir, burada mənəvi qanunlar, qınaqlar, maarifləndirmə, təbliğat da önəmlidir. Xüsusilə, örnək, nümunə sayıla biləcək insanlar, ailələr bu məsələdə qabağa düşməli, insanlarımızı, gənc ailələri maarifləndirməli, onları  yanlışlardan çəkindirməlidirlər.

Yoxsa, halımiz gerçəkdən çox mübhəm olacaq”-deyə, millət vəkili sözlərinə əlavə edib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol