• $
  • €
  • ₽
  • ₺
  • £

Maliyyə Bazarlarına Nəzarət Palatası ləğv olunur?

Maliyyə Bazarlarına Nəzarət Palatası ləğv olunur?
28.06.2018 13:44
Maliyyə Bazarlarına Nəzarət Palatasının fəaliyyəti dayandırıla bilər.

Bu haqda Oxu.Az-a açıqlama verən adının  açıqlanmasını istəməyən məlumatlı mənbənin sözlərinə görə, artıq sözügedən qurumun fəaliyyəti iflic vəziyyətindədir, onlardan bütün dairələrdə ciddi narazılıqlar var.

"2015-ci ilin sarsıdıcı iki devalvasiyasından sonra hamı Maliyyə Bazarlarına Nəzarət Palatasına gözlərini dikmişdi.

Yəni, belə bir qurumun yaranması ilə ölkədə maliyyə-bank sektorunda əmələ gələn problemlərin həlli yönündə ciddi addımların atılacağı düşünülür və gözlənilirdi.

Hamı ümid edirdi ki, yeni yaranan qurum həm  bankların sağlamlaşdırılmasında, həm də kreditlərlə bağlı ciddi problemlər yaşayan insanların düşdüyü ağır durumun aradan qaldırılmasında böyük rol oynayacaq.

Ancaq çox təəssüflər olsun ki, bu qurum ona olan etimadı doğrultmadı, əksinə, hamıda özünə qarşı bir qıcıq, etiraz, xəyal qırığlığı yaratdı. Bu qurum bank sektorundakı vəziyyəti düzəltmək, onu sağlamlaşdırmaq, insanların banklarla yaranmış problemlərini həll etmək əvəzinə, durumu daha da çıxılmaz hala saldı.

Bir çox bankları əsaslı-əsassız ləğv etdi, lisenziyasını dayandırdı. Artıq bu qurum intriqaların baş aldığı bir quruma çevrilib, iflic vəziyyətindəndir. Ondan həm cəmiyyət, həm banklar, həm dövlət çox narazıdır.

Artıq yuxarı dairələrdə bu qurum haqqında mənfi fikir formalaşıb, ölkə parlamenti, millət vəkilləri də bu qurumdan çox narazıdır və bu gedişlə həmin Palatanın fəaliyyətinin dayandırılması gözlənilir.

İndi olmasa da, yaxın gələcəkdə belə bir məsələnin baş verəcəyi istisna olunmur.

Artıq bu barədə qərar verilmək üzrədir”-deyə, mənbə sözlərinə əlavə edib.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol