Bakı Neft Emalı Zavodu fəaliyyətini bərpa edir

Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu öz fəaliyyətini əvvəlki rejimdə bərpa etməyə başlayır.
Qurumdan Oxu.Az-a verilən məlumata görə, ölkədə elektrik enerjisi ilə bağlı yaranmış problemlərdən sonra müəssisə gücləndirilmiş iş rejiminə keçib.
Hazırda müəssisədə elektrik enerjisinin verilişində yaranmış problemlər aradan qaldırılıb və BNEZ əvvəlki rejimdə fəaliyyətini bərpa edir.
Bu dəqiqələrdə müəssisənin ştat rejimində işini davam etdirilməsi üçün tədbirlər həyata keçirilir və zavodun tam gücü ilə işə salınması istiqamətində hazırlıq aparılır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Son xəbərlər 
Daha çox 






















