• $
  • €
  • ₽
  • ₺
  • £

Məzənnə BAHALAŞACAQMI? - Əhali dollar axtarışındadır

Məzənnə BAHALAŞACAQMI? - Əhali dollar axtarışındadır
16.07.2018 14:55
Son dövrlər əhali arasında dolların bahalaşacağı ilə bağlı söz-söhbətlər gedir. Qeyd edək ki, uzun müddətdir ki, dolların kursu dəyişməz olaraq 1.70 qəpik olaraq qalmaqdadır. Yaxın günlərdə dolların kursunda bahalaşma ola bilərmi?

Bununla bağlı BiG.AZ-a açıqlama verən Neft Araşdırmalar Mərkəzinin rəhbəri, iqtisadçı İlham Şaban bildirib ki, dolların bahalaşması üçün zəmin yoxdur:


"Dövlətin valyuta ehtiyatları kifayət qədərdir. Bundan əlavə makroiqtisadi tarazlıq qorunub saxlanılır. Valyutaya olan təlabat artır. Dövlət Neft Fondu tərəfindən valyutanın hərraclarında onun qarşılığı ödənilir. Bunu Dövlət Neft Fondunun hər ay verdiyi hesabatlarında da görmək mümkündür. Dollara olan təlabat ödənilir. Belə olan halda hansı faktor dolların bahalaşmasına səbəb ola bilər”. 

İlham Şaban vurğulayıb ki, Azərbaycanda qeyri-neft sektorunun ixracatçıları üçün 1.70 qəpik kursunun saxlanması normal deyil: "Əslində dövlət yumşaq inflyasiya yaratmalıdır. Bununla daxili bazarda çətinlik yaşanmayacaq və xaricdə hansısa məhsulu gətirməklə burdakıların dəyəri artmayacaqdı. Biz 2008-ci ildən 2015-ci ilin əvvəlinə kimi eyni kursu saxlamışdıq. Bu kursu saxlamaq üçün xeyli sayda vəsait xərclənmişdi. Yenidən eyni yolla getməyin nə mənası var”. 
www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol