• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiya Azərbaycana dəmiryol xətti çəkir

Rusiya Azərbaycana dəmiryol xətti çəkir
17.11.2014 14:07

"Rusiya Dəmir Yolları" ASC İrandan Azərbaycana və daha sonra Rusiyaya dəmiryol xətti tikmək və onu elektrikləşdirmək niyyətindədir.

 

Trend-in məlumatına görə, bu barədə jurnalistlərə Dövlət Dumasının Nəqliyyat Komitəsinin sədri Yevgeni Moskviçev Dumanın spikeri Sergey Narişkinin noyabrın 16-dan 17-dək İranda işgüzar səfəri çərçivəsində müzakirə olunan məsələləri şərh edərkən bildirib.

 

Moskviçev deyib: "Son 3-5 il ərzində ikitərəfli münasibətlərdə tam anlaşma mövcuddur, dəmiryol, aviasiya və dəniz nəqliyyatı üzrə memorandumlar hazırlanıb və həmin sənədlərin 2015-ci il iyulun əvvəlində imzalanacağını güman edirəm".

 

Onun sözlərinə görə, İranla Rusiya arasında nəqliyyat sahəsində bəzi ikinci dərəcəli problemlər mövcuddur. Belə ki, İran hələ “Yaşıl kart” sistemini (OSAQO-nun bəznəri) tam işə salmayıb. İranlı sürücülər RF-də OSAQO-nu bir il müddətinə, rusiyalılar isə İranda cəmi 15 günlüyə götürə bilərlər: "İran (Nəqliyyat) Nazirliyi tərəfdən anlaşma var və bu məsələ müsbət həll olunacaq".

 

İran tərərfi isə Rusiyanın daxili sularına, çaylarına öz gəmilərinin çoxdəfəlik girişi imkanı ilə bağlı məsələ qoyur. O, bunun üçün iranlılardan çoxdəfəlik vizaların tələb olunduğunu izah edib. Komitə sədri bu məsələnin də həllini tapacağına ümidini ifadə edib və bununla bağlı problemlərin yaranmayacağını güman edir.

 

Moskviçevin sözlərinə görə, son 2-3 il ərzində dəmir yolu istisna olmaqla nəqliyyatın bütün növləri üzrə daşımalar artır.

 

Narışkinin İrana səfəri zamanı onun İran parlamentinin sədri Əli Laricani, eləcə də sabiq dövlət başçısı Əli Əkbər Haşimi Rəfsəncani ilə görüşləri planlaşdırılıb.

ANN.Az

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol