• $
  • €
  • ₽
  • ₺
  • £

"AtaBank" ASC şimalda yeni Samur şöbəsini istifadəyə verdi

"AtaBank" ASC şimalda yeni Samur şöbəsini istifadəyə verdi
30.07.2018 11:29
"AtaBank" ASC Qusar rayonunun ərazisində yerləşən yeni "Samur" şöbəsini müştərilərinin xidmətinə verib. Samur sərhəd-keçid məntəqəsinin yaxınlığında yerləşən şöbə həm fiziki, həm də hüquqi şəxslərə bütün bank xidmətlərini təklif edir. Müştərilər yeni açılan şöbəyə yaxınlaşaraq təcili pul köçürmələri, hesablaşma – kassa, valyuta mübadilə əməliyyatları, kommunal xidmətlərin ödənişlərini həyata keçirməklə yanaşı əmanət yerləşdirə, biznesin inkişafı üzrə məsləhətlər ala bilərlər.

AtaBank ASC-nin İdarə Heyəti Sədrinin birinci müavini Etibar Babaşlı şöbə ilə bağlı qeyd edib ki: "AtaBank üçün strateji əhəmiyyət kəsb edən Samur şöbəsinin məhz bu bölgədə açılmasının məqsədi ölkəmizin vətəndaşları ilə yanaşı xarici qonaqlara da xidmət göstərməkdir. AtaBank hər zaman müştərilərinin rahatlığına önəm verir və bu şöbənin açılması ilə bankımız ölkəmizə qonaq gələn və ölkəmizdən xaricə gedən həmvətənlərimizə uzağa getmədən, əlavə vaxt sərf etmədən bank xidmətlərini sürətli və rahat apara bilmələri üçün hər bir şəraiti yaradıb.”

1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC 100 faiz yerli kapitala malik, qabaqcıl texnologiyalı universal Azərbaycan bankıdır. Bank Bakıda və ölkənin müxtəlif regionlarında korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.

"AtaBank" xidmət və məhsulları haqqında daha ətraflı öyrənmək istəyən şəxslər 136 çağrı mərkəzinə zəng vura və ya bankın internet səhifəsini ziyarət edə bilərlər - www.atabank.com

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol