• $
  • €
  • ₽
  • ₺
  • £

Bölgə sakinləri “Nar”-ın “Yerlim” tarifini seçir

Bölgə sakinləri “Nar”-ın “Yerlim” tarifini seçir
31.07.2018 18:55
2018-ci ilin ikinci rübündə "Nar”-ın bölgələr üçün xüsusi yaradılmış "Yerlim” tarifinə qoşulanların sayı ötən rüblə müqayisədə 7% artıb. Ötən ilin eyni dövrü ilə müqayisədə isə "Yerlim”-ə qoşulanların sayı 53% artıb.

Xüsusi olaraq bölgələr üçün nəzərdə tutulan "Yerlim” tarifinə qoşulanların hər keçən gün artması bu tarifin bölgə sakinləri üçün sərfəli olması ilə əlaqədardır. Bölgələrdə yaşayan abunəçilər bu tarifə qoşulmaqla dəqiqəsi 1 qəpikdən zəng edə bilir.

Mobil operatorlar arasında paytaxtla yanaşı, ölkənin regionlarına göstərdiyi diqqətilə seçilən "Nar” yeni istifadəyə verdiyi baza stansiyaları sayəsində öz bölgə tarifinin istifadəçilərinin sayını əhəmiyyətli dərəcədə artırmağa nail olub. 4G və 3G baza stansiyalarının sayını sürətlə artıran "Nar” Azərbaycanın ən ucqar kəndlərini belə mobil rabitə xidmətlərilə təmin etməkdədir.

Mobil operator təkcə 2018-ci ilin ilk yarısında bölgələrdə 162 yeni baza stansiya qurub. Qurulan yeni stansiyalarının 103-ü 4G, 59-u isə 3G baza stansiyasıdır. Ümumilikdə "Nar” 2018-ci ildə ölkənin 33-dən çox rayon mərkəzləri və şəhərlərinə yüksək keyfiyyətli 4G xidmətini gətirib.

"Azerfon” şirkəti ("Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim etmiş və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. "Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 6500-dən artıq baza stansiyası ilə 2,1 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. 2017-ci ildə keçirilmiş mobil rabitə şəbəkələrinin müqayisəli testlərinə əsasən "Nar” şəbəkəsi mobil zəng xidmətlərinin göstərilməsi üzrə ölkədə ən yüksək nəticəyə nail olub. Sınaqları test xidmətləri üzrə müstəqil beynəlxalq şirkət olan "P3 Communications” keçirmiş və sınaq metodologiyası əhatəli xidmətlər üzrə müştəri təcrübəsinə əsaslanıb.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
İqtisadiyyat 12:46
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
Новая функцияYeloInvest: узнайте больше о своём портфеле!
İqtisadiyyat 12:43
Новая функцияYeloInvest: узнайте больше о своём портфеле!
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol