• $
  • €
  • ₽
  • ₺
  • £

Azercell Bərdədə yeni Eksklüziv mağazasını abunəçilərin ixtiyarına verib

Azercell Bərdədə yeni Eksklüziv mağazasını abunəçilərin ixtiyarına verib
07.08.2018 14:51
Fəaliyyətində müştəri məmnuniyyətinə böyük önəm verən və 4,5 milyonluq abunəçi ailəsinə daha keyfiyyətli xidmət təqdim etmək üçün "Azercell Telekom” MMC Bakıda və bölgələrdə eksklüziv mağazalarının sayını artırmaqdadır. Bu dəfə Bərdə və ona yaxın regionlarda yaşayan Azercell-lilər şirkətin yeni konsepsiyalı mağazasından yararlana biləcəklər. Belə ki, avqustun 7-dən etibarən Bərdə şəhəri İsmət Qayıbov küçəsi 8 ünvanında açılan yeni konsepsiyalı ofis abunəçilərin ixtiyarına verilib.

Bərdə Ekslüziv mağasasının açılışı ilə əlaqədar 7-13 avqust tarixlərində həmin mağazadan yeni Smartfon alan hər bir müştəri Azercell nömrəsinin balansına danışıq və internet istifadəsi üçün 150 AZN hədiyyə qazanacaq. Tələsin! Hədiyyəli Smartfonların sayı məhduddur!

Bundan əlavə yeni mağaza abunəçilərin rahatlığını təmin etmək, yüksək standartlara uyğun xidmət göstərmək üçün bütün şərait və ən müasir avadanlıqlarla təmin olunub. Mağazada abunəçilər peşəkar satış mütəxəssislərinin yardımı ilə istədiyi məhsulu tədqiq və müqayisə edə, sınaqdan keçirə bilərlər. Yeni konsepsiyalı mağazaların daha bir üstünlüyü şirkətin müştəri xidmətləri mərkəzlərində təqdim olunan bir çox əməliyyatların burada icra olunmasıdır. Burada abunəçilər gündəlik istifadələri üçün bir sıra yeni cihazlar (MiFi, USB modem və s.), müxtəlif aksessuarlar əldə edə, mobil telefonları kredit və nağd şəkildə ala bilərlər. Azercell-lilər həftənin bütün günləri fasiləsiz olaraq səhər saat 9:00-dan axşam 19:00-a qədər mağazaya müraciət edə bilərlər.

Qeyd edək ki, Azercell-in Eksklüziv mağazaları Bakı (Tbilisi prospekti, 44C, Bülbül pr., 5, Qara Qarayev prospekti, ev 3042, mənzil 52), Xırdalan (Heydər Əliyev pr. Mehdi Hüseyin küç. 54), Mərdəkan (Mərdəkan qəs., S.Yesenin küç., 92/2, m.30), Xaçmaz (Nəriman Nərimanov küç., 40), Salyan şəhəri (Heydər Əliyev küç., 105), Quba (Heydər Əliyev prospekti, 194 və Qələbə küçəsi, 12) , Sumqayıtda (11-ci Mk-rn, Koroğlu və Üzeyir Hacıbəyov küçələrinin kəsişməsi) və Şamaxıda ( Ağamirzəli Əhmədov küçəsi 1) abunəçilərin ixtiyarına verilib.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol