• $
  • €
  • ₽
  • ₺
  • £

Otellər 167 milyon manat qazanıb - Bu il

Otellər 167 milyon manat qazanıb - Bu il
09.08.2018 20:13
Bu ilin ötən dövründə Azərbaycanda otellərin və mehmanxanaların qonaq qəbul etməsi ilə bağlı statistik məlumatlar açıqlanıb.

Dövlət Statistika Komitəsindən "Qafqazinfo”ya verilən məlumata görə, 2018-ci ilin yanvar-iyun aylarında ölkə üzrə mehmanxanalarda 1 milyon 288 min gecələmə keçirilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 19,3 faiz çoxdur. Gecələmələrin 62 faizi Bakıda, 9,7 faizi Qəbələdə, 5,1 faizi Qusarda, 4,5 faizi Naftalanda, 3,6 faizi Qubada, 3,4 faizi Naxçıvan Muxtar Respublikasında, 1,5 faizi Xaçmazda, 1,1 faizi Ağstafada, 9,1 faizi isə digər rayonlardakı (şəhərlərdəki) mehmanxanalarda qeydə alınıb.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən keçirilmiş gecələmələrin sayı 935,2 min təşkil edib. 
Gecələmələrin 14,3 faizi Birləşmiş Ərəb Əmirlikləri, 14,1 faizi Rusiya Federasiyası, 6,6 faizi İran, 4,5 faizi Türkiyə, 4,3 faizi Səudiyyə Ərəbistanı, 3,4 faizi Böyük Britaniya, hər biri üzrə 3,3 faiz olmaqla Hindistan və ABŞ, 3,2 faizi İsrail, 2,9 faizi Qətər, 2,8 faizi Küveyt, 2,1 faizi İraq, 2,0 faizi Pakistan, 1,7 faizi Qazaxıstan, 1,6 faizi Almaniya, 1,3 faizi Ukrayna, 28,6 faizi digər ölkələrin vətəndaşlarının payına düşüb.

Cari ilin birinci yarısında mehmanxanaların gəlirləri 167 milyon manat olub. Gəlirin 66,3 faizi nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 23,8 faizi içkilər də daxil olmaqla qida məhsullarının satışı üzrə xidmətlərdən, 3,8 faizi müalicə və sağlamlıq xidmətlərindən, 6,1 faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilib.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol