• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan manatı kəskin ucuzlaşacaq? - AÇIQLAMA

Azərbaycan manatı kəskin ucuzlaşacaq? - AÇIQLAMA
14.08.2018 14:33
Son günlər regionda baş verən iqtisadi proseslər, Azərbaycanın yaxın qonşuları və bəzi əsas ticarət tərəfdaşları olan ölkələrdə yerli valyutaların ucuzlaşması manat üçün də təzyiq yaradır. 
 
Türk lirəsi və rus rublunun kəskin ucuzlaşması Azərbaycanda da devalvasiya riski ilə bağlı müzakirələri gücləndirib. Ölkədə devalvasiya olması ehtimalları, belə vəziyyətə səbəb ola bilən faktorlar və qarşıdakı dövr üçün gözləntilər barədə FED.az-ın suallarını iqtisadçı ekspert Rövşən Ağayev cavablandırıb:

- Rövşən bəy, hazırda Azərbaycanda iqtisadi vəziyyəti, o cümlədən manatın devalvasiyası riskini necə qiymətləndirisiniz?

- Əvvəla onu deyim ki, ölkədəki iqtisadi vəziyyəti, o cümlədən milli valyutanın dayanıqlığını və onun qarşıdakı perspektivini qiymətləndirmək, daha dəqiqi, deaalvasiya risqinin olub-olmadığını proqnozlaşdırmaq üçün ən yaxşı informasiya mənbəyi tədiyyə balansıdır.

Tədiyyə balansının ümumi saldosu mənfidirsə demək devalvasiya qaçılmazdır. Tədiyyə balansının cari hesablar balansı var, onun da göstəricilərinə də baxmaq lazımdır və ümumi tendensiyaları görmək olur. Ümumilikdə isə əsas göstərici tədiyyə balansının ümumi saldosudur.
Düşünmürəm ki, hökumət indiki şəkildə manatın kiçik həcmli məqsədli devalvasiyasına getsin.
 
Əvvəla ona görə ki, kiçik həcmli devalvasiya, məsələn, dolların məzənnəsinin 1,7 manatdan 1,8 manata qaldırılması heç nəyi dəyişməyəcək. Çünki haqqında danışdığımız ölkələrdə devalvasiya elə sürətli gedir ki, kiçik devalvasiya manatla lirənin real effektiv məzənnəsindəki tarazlığı onsuz da bərpa edə bilməyəcək. Əvəzində bu addımın (yəni manatın 10-15% də olsa devalvasiyasının – FED.az) mənfi nəticələri ola bilər. Bank sektoru, biznes, xüsusilə də xarici valyutada borcu olan, xarici valyuta ilə əməliyyatlar aparan, məhsullarının elementləri idxal hesabına formalaşan şirətlər ki var, bunlar 2015-ci ilin devalvasiyasında çox ağır zərbə alıb. Xüsusilə də, bank sektoru ayağa qalxmayıb. Ona görə də, mən bir iqtisadçı kimi, indiki situasiyada manatın qorunmasının, istənilən bütün hallarda  qorunmasının tərəfdarıyam. Bunun üçün münbit şərait, yəni imkanlar da var.

Yenə də deyirəm bizim tədiyyə balansımızın ümumi saldosu imkan verir ki, heç hökumət valyuta bazarına müdaxilə eləmədən də manatın sabitliyi təmin olunsun. Bu gün tədiyyə balansının saldosu müsbətdirsə - bunu bütün iqtisadçılar bilir və bilməlidir - hökumətin valyuta bazarına müdaxiləsinə ehtiyac qalmır, valyuta bazarı prosesi özü tənzimləyir. Hökumət o halda müdaxilə edir, yəni valyuta ehtiyatlarını bazara buraxır ki, tədiyyə balansında mənfi saodo yaranır. Bu gün bazarda o situasiya yoxdur.

Azərbaycanda devalvasiya riski yalnız bir halda ola bilər, yəni daha dəqiqi bunun üçün bir risk var. O da Azərbaycandan kapital axınının baş verməsidir. Sizə bir maraqlı fakt deyim, 2015-ci ildə Azərbaycanda devalvasiya baş verən il, dediyim kimi, tədiyyə balansında 11,3 milyard dollarlıq mənfi saldo vardı. Və bu kəsir xarici ticarətin hesabına deyil, kapital axının hesabına baş vermişdi. Yəni həmin il Azərbaycandan 9 milyard dolarlıq kapital axını olmuşdu. Daha 2,1 milyard dollarlıq mənbəyi bilinməyən kapital axını olmuşdu. Bu aıxınlar ölkədən ən müxtəlif formada baş vermişdi. Bunlar əmanətlər şəklində, xaricdən əmlakların alınması və sair şəklində baş vermişdi. 

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol