• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyəyə dollar yağır – Trampın baş tutmayan planı

Türkiyəyə dollar yağır – Trampın baş tutmayan planı
19.08.2018 18:19
ABŞ-ın Türkiyəyə açdığı iqtisadi savaş baş tutmadı. Prezident Donald Trampın çağırışlarına baxmayaraq, Türkiyə iqtisadiyyatına investisiya qoyan dövlətlər və şirkətlərin sayı artır.
Anews.az teleqraf.com-a istinadən xəbər verir ki, Türkiyədən ABŞ-a icrac edilən aluminum və polad məhsullarına qoyulan rüsumu iki dəfə artırmasından sonra bir çox şirkət Türkiyəyə yatırdıqları investisyanın həcmini artırmaq barədə qərar qəbul edib.
Qətər, Çin, Almaniya və ABŞ başda olmaqla bir çox ölkələrdən son 1 ayda Türkiyəyə ayrılacağı elan edilən sərmayənin həcmi 21 milyard dolları keçib.
İlk yatırım qərarə isə Trampın öz "qalasından” – ABŞ-dan gəlib. Nəqliyyat sahəsində fəaliyyət göstərən Amerikanın "Enterprise” Türkiyəyə 1 milyard dollar investisiya yatıracağını açıqlayıb.
İkinci yatırım qərarını isə Çin nəhəngi "Alibaba”dan gəlib. Trampın qərarından sonra "Alibaba” Türkiyənin "Trendyol” şirkətini satın alıb. Şirkətin başçısı Maykl Evans Türkiyəyə 1 milyard dollarlıq investisiya yatıracaqlarını da açıqlayıb.
ABŞ, Kanda və Meksika kimi ölkələrdə mədən sahəsində fəaliyyət göstərən "Alamos Gold” da investorlar arasındadır. Kanadalı şirkət də Türkiyədəki işləri üçün 1 milyard dollar ayırmağı planlaşdırır.
Avqust ayının ilk yarısı üçün Türkiyəyə ən böyük investisiyanı Almaniya nəhəngi "Bosch” ayırıb. Şirkətin Bursadakı planları üçün ayırdığı investisiyanın həcmi 1.2 milyard dollardır.
ABŞ-ın Türkiyədə iqtisadi çevriliş etmək cəhdlərinə qarşı ən böyük cavab isə Qətərdən gəlib. Avqustun 15-də Ankaraya gələn Qətər əmiri Şeyx Təmim bin Həmid əl-Sani Türkiyəyə 15 milyard dollarlıq yatırım edəcəklərini açıqladı.
Şeyxnin 15 milyard dolları ilə rahat nəfəs almağa başlayan Türkiyə iqtisadiyyatı üçün açılmış nəfəsliyi genişləndirən digər şirkət 20 ölkədə enerji sektoru üzrə fəaliyyət göstərən "Yükselir Grup” oldu. Şirkətlər qrupu Türkiyəyə 2 milyard dollar sərmayə yatıracaqlarını bildirib.
Həmin gün Çinin 59 iş adamı Ankara ilə əlaqə saxlayaraq, yatırım üçün yaxın günlərdə Türkiyəyə gəcəklərini dedilər.
Beynəlxalq Maliyyə İnstitutundan (IIF) da Türkiyə üçün xoş xəbər var. IIF ilin sonunadək Türkiyəyə 51 milyard dollar investisiyanın yatırılacağını proqnozlaşdırıb. Türkiyə bu siyahıda Cənubi Koreyadan (77 milyard) sonra ikincidir.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
SOCAR enerji saxlama texnologiyalarının tətbiqini araşdırır
İqtisadiyyat 15:29
SOCAR enerji saxlama texnologiyalarının tətbiqini araşdırır
SOCAR 2027-ci ildə iki geotermal layihənin işlənməsinə başlayacaq
İqtisadiyyat 15:18
SOCAR 2027-ci ildə iki geotermal layihənin işlənməsinə başlayacaq
Azərbaycan TAP vasitəsilə İtaliyaya 51 milyard kubmetrdən çox qaz ixrac edib
İqtisadiyyat 14:43
Azərbaycan TAP vasitəsilə İtaliyaya 51 milyard kubmetrdən çox qaz ixrac edib
Fariz Əliyev: Azərbaycan Orta Dəhlizi yüksək əlavə dəyər yaradan iqtisadi dəhlizə çevirməyi hədəfləyir
İqtisadiyyat 13:41
Fariz Əliyev: Azərbaycan Orta Dəhlizi yüksək əlavə dəyər yaradan iqtisadi dəhlizə çevirməyi hədəfləyir
Azərbaycan Avropaya 2-3 QVt yaşıl enerji ixrac etməyi planlaşdırır
İqtisadiyyat 13:10
Azərbaycan Avropaya 2-3 QVt yaşıl enerji ixrac etməyi planlaşdırır
Kamal Abbasov: Azərbaycan İtaliya ilə yaşıl enerji layihələrini genişləndirmək niyyətindədir
İqtisadiyyat 13:00
Kamal Abbasov: Azərbaycan İtaliya ilə yaşıl enerji layihələrini genişləndirmək niyyətindədir
Matteo Zoppas: İtaliyanın Azərbaycana ixracı 440 milyon avroya çatıb
İqtisadiyyat 12:10
Matteo Zoppas: İtaliyanın Azərbaycana ixracı 440 milyon avroya çatıb
Mikayıl Cabbarov: Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsi 9 milyard dolları ötüb
İqtisadiyyat 11:56
Mikayıl Cabbarov: Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsi 9 milyard dolları ötüb
Antonio Tajani: İtaliyanın Azərbaycana ixracı yüksək keyfiyyətli məhsullarla genişləndirilə bilər
İqtisadiyyat 11:49
Antonio Tajani: İtaliyanın Azərbaycana ixracı yüksək keyfiyyətli məhsullarla genişləndirilə bilər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol