• $
  • €
  • ₽
  • ₺
  • £

Yol polisindən XƏBƏRDARLIQ: Cərimələnə bilərsiniz

Yol polisindən XƏBƏRDARLIQ: Cərimələnə bilərsiniz
12.09.2018 10:10
''Bilik günü'' nə sayılı günlər qalıb.

BAKU.WS xəbər verir ki, bu səbəbdən yollarda xüsusən də məktəb ətrafı ərazilərdə sıxlığı nəzərə alan yol polisigücləndirilmiş rejimdə çalışacaq.

Yol polisi sürücürələ xəbərdarlıq edir ki, avtomobillərini harada, necə gəldi saxlamasınlar. Əks halda həmin avtomobillərin sürücülərinə cərimə yazılacaq.

Hərəkətə mane olan nəqliyyat vasitələri isə evakuatorla cərimə meydançasına aparılacaq. Rayon qeydiyyatlı avtomobillərin paytaxta girişi ilə bağlı da yeni xəbər var.

Məktəblərin ətrafında avtomobilini düzgün park etməyənlər cərimələnəcək.

Digər nəqliyyat vastələrinəvə piyadalara mane olan maşınlar isə evakuatorla cərimə meydançasına aparılacaq. Bu barədə Xəzər TV sujet hazırlayıb.

Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirib ki, həmin gün yol polisi ilə yanaşı, evakuasiya xidməti də gücləndirilmiş iş rejimində xidmət aparacaq.

Bakıda intensiv hərəkət olan, yol kənarında yerləşən məktəbyanı ərazilərdə dayanma-durma, parklanma qaydalarını pozan sürücülərə cərimə yazılacaq. Əgər hansısa nəqliyyat vasitəsi hərəkətə mane olacaqsa onlar da ərazidən yol polisi tərəfindən təxliyə olunacaq.

Vaqif Əsədov xüsusənməktəb ərazisindəki yollarda sürücülərə sürət həddinə əməl etməyi tövsiyyə edib. Hər an yola uşaq çıxa bilər deyə təhlükəsizlik maksimum dərəcədə qorunmalıdır.

Bundan başqa yol polisi övladını 1-ci sinifə gətirən valideynlərə də maksimum dərəcədə az avtomobillə gəlmələrini xahiş edir.

Bu arada yeni dərs ili ərəfəsində hər il rayon qeydiyyatı avtomobillərin paytaxta girişinə qoyulan məhdudiyyət bu il tətbiq edilməyəcək.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rüfət Quliyev deyib. Onun sözlərinə görə, rayon qeydiyyatı alvtomobillərin şəhərə girməsinə hələ ki heç bir qadağa yoxdur.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol