• $
  • €
  • ₽
  • ₺
  • £

Zeynab Kazımova yeni vəzifəyə təyin olunub

Zeynab Kazımova yeni vəzifəyə təyin olunub
25.09.2018 16:00
Dövlət Gömrük Komitəsində yeni təyinat olub.
 
AzVision.az xəbər verir ki, Zeynab Kazımova Dövlət Gömrük Komitəsi (DGK) Akademiyasının İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi təyin olunub.
 
Qeyd edək ki, Zeynab Kazımova Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsində Beynəlxalq jurnalistika ixtisası üzrə bakalavr və magistr pillələri üzrə təhsil alıb. Bakı Slavyan Universitetində Beynəlxalq münasibətlər üzrə dissertantura pilləsini başa vurub "Qarabağ münaqişəsi Fransa mətbuatında” mövzusunda elmi işini yazıb. 1996-cı ildən jurnalistlik fəaliyyətinə başlayan Zeynab Kazımova həm radio və televiziyada, həm də müxtəlif qəzetlərdə müxbir kimi çalışıb.

Zeynab Kazımova 2009-2010-cu illərdə Belçikanın Azad Brüssel Universitetinin Avropaşünaslıq İnstitutunda elmi işçi statusu alıb və həmin universitetdə "Ümumavropa təhlükəsizlyi və Cənubi Qafqazda münaqişələr” mövzusu üzrə araşdırma aparıb. 2008-ci ildə Azərbaycan Dillər Universitetində yeni yaradılan İctimaiyyətlə əlaqələr və Mətbuat xidməti şöbəsinə rəhbər təyin olunub. O cümlədən ADU-nun rəsmi orqanı olan "Poliqlot” qəzetinin baş redaktoru kimi fəaliyyət göstərib. 2010-cu ildən isə şöbə daxilində yaradılan Protokol xidmətinə də rəhbərlik edib. 2010-cu ildə Azərbaycan Dillər Universiteti "İlin Universiteti”, ADU-nun Mətbuat xidməti isə ali təhsil müəssisələrinin analoji strukturları içərisində birinci yerə çıxaraq "İlin mətbuat xidməti” adını qazanıb. 2011-ci ildə isə ADU-nun Mətbuat xidmətinin rəhbəri ali təhsil müəssisələrinin analoji strukturları içərisində ”Ilin mətbuat katibi” seçilib. 2014-2017-ci illərdə BANM-in İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, 2017-ci ildən Xalıça muzeyinin mətbuat katibi olub.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol