• $
  • €
  • ₽
  • ₺
  • £

Yol polisi mindən artıq sürücünü cərimələdi

Yol polisi mindən artıq sürücünü cərimələdi
29.09.2018 21:25


Avtomobilini texniki baxışdan keçirməyən sürücülər kameralar vasitəsilə cərimə edilir.


Qaynarinfo "Xəzər TV"yə istinadən xəbər verir ki, bu barədə məlumat verən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədovun sözlərinə görə, paytaxt ərazisində xüsusi texniki vasitələr mindən artıq texniki baxışdan keçməyən avtomobil aşkar edib. Həmin sürücülər texniki baxışdan keçmədikləri üçün 50 manat məbləğində cərimə edilib.


Qeyd edək ki, minik avtomobilləri 1 may - 31 iyul tarixləri arasında texniki baxışdan keçirilməli idi. Qanunvericiliyə əsasən, minik avtomobilləri istehsal olunduğu vaxtdan hesablanmaqla 5, 7, 9 və 11-ci ilində və bundan sonrakı müddətdə hər il texniki baxışdan keçirilməlidir. Texniki baxışdan keçməməyə görə fiziki şəxslər 50, vəzifəli şəxslər 100, hüquqi şəxslər isə 300 manat məbləğində cərimə olunur.


Vaqif Əsədov onu da bildirdi ki, barəsində elektron protokol yazılan bir neçə sürücü cərimələrini 3 ay müddətdə ödəmədiyi üçün onlar barəsində toplanan material rayon məhkəmələrinə göndərilib.


Həmin sürücülər cəriməsini ödəsələr belə, onlar məhkəmə qərarına əsasən, 6 ay sürücülük hüququndan məhrum edilirlər. Bəs hansısa sürücü onun barəsində tərtib edilən protokoldan xəbərsiz olduqda necə? Onun da sürücülük hüququ məhdudlaşdırılırmı?


Qeyd edək ki, belə hal ən çox yaşadığı ünvanı dəyişən sürücülərlə bağlı olur.


Belə məsələdə ən asan üsul isə ''asanpay.az'' saytından qeydiyyatdan keçməklə şəxsi kabinet açmaqdır ki, bunu da istənilən sürücü edib cəriməsi barəsində vaxtında xəbər tuta bilər.




www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol