• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda kredit borcları ona görə silinmir ki... – “Müharibə şəraitindəyik!”

Azərbaycanda kredit borcları ona görə silinmir ki... – “Müharibə şəraitindəyik!”
20.11.2018 11:26
Xəbər verdiyimiz kimi, Gürcüstanın 600 mindən çox vətəndaşının banklar, onlayn kredit verən maliyyə təşkilatları və digər maliyyə qurumlarına olan borcları silinəcək.

Bunu Gürcüstanın Baş naziri Mamuka Baxtadze keçirdiyi brifinqdə bildirib.

O deyib ki, borcların sıfırlanması prosesinə dekabrın 15-də başlanılacaq və dekabrın 31-dək başa çatdırılacaq: "Qara siyahı”da göstərilmiş borcların, təxminən, 95 faizini kreditlər təşkil edir ki, onların da hər şəxs üçün məbləği 2 min laridən azdır. Söhbət 600 mindən çox vətəndaşın banklar, onlayn kredit verən maliyyə təşkilatları və müxtəlif maliyyə qurumları qarşısındakı təxminən yarım milyard lari təşkil edən maliyyə öhdəliklərindən gedir. Bugünkü qərarla vətəndaşlarımızın bu borcları sıfırlanır. Qeyd etmək lazımdır ki, bu kateqoriyaya sosial təminatsız və məhdud imkanları olan vətəndaşlarımız daxildir”.

M.Baxtadze qeyd edib ki, borcların silinməsi prosesi "Kartu” Fondunun dəstəyi ilə həyata keçiriləcək.

Manatın 2 devalvasiyasından sonra Azərbaycanda da yüzminlərlə vətəndaşın banklarla problemi yaranıb. Lakin 3 ildir bu barədə danışılmasına baxmayaraq, Azərbaycan hökuməti borc bataqlığında boğulan yüzminlərlə vətəndaşa kömək əlini uzatmayıb.


Milli Məclisin deputatı Jalə Əliyeva Azərbaycan hökumətinin problemli kreditlər məsələsinə bu münasibətinə çox qəribə bir "arqumentlə” haqq qazandırmağa çalışıb. "AzPolitika.info”-nun məlumatına görə, deputat sözügedən mövzu ilə bağlı "meydan.tv”nin sorğusuna belə cavab verib:

"Bank kreditlərinin qaytarılması hər zaman gündəlikdədir. Sadəcə, Azərbaycan müharibə şəraitində olduğundan müəyyən strateji və siyasi məsələlər var ki, həllini tapmasa, mümkün deyil”.

"Gürcüstan da müharibə şəraitindədir və üstəlik Azərbaycan kimi neft vəsaitlərinə malik deyil. Belə olduğu şəraitdə Gürcüstan problemi həll etdisə, Azərbaycan hökuməti oxşar addım ata bilməzmi” sualına Jalə xanım belə cavab verib: "Bizim ölkəmizdə də bir çox addımlar atılır ki, digər qonşularımızda atılmır. Məsələn, vətəndaşın sosial müdafiəsi ilə bağlı müxtəlif layihələr həyata keçirilir. Ona görə belə qiymətləndirməyək ki, orda oldu, burda niyə olmadı. Ancaq bank borcları davamlı olaraq gündəliyə çıxarılır və hər birimizin arzusu odur ki, məsələ öz həllini tapsın”.




www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol