• $
  • €
  • ₽
  • ₺
  • £

“Gənc Media Kapitanları” gəncləri başına topladı

“Gənc Media Kapitanları” gəncləri başına topladı
17.12.2018 17:03
Dekabrın 15-də "Gənc Media Kapitanları" Jurnalistika Məktəbinin açılış mərasimi baş tutub. 

Azərbaycan Respublikası Gənclər Fondunun XXI qrant müsabiqəsində qalib olan "Gənc Media Kapitanları" Jurnalistika Məktəbi layihəsinin ilk təlimi "AccessBank"ın baş ofisində keçirilib. 

"AccessBank"ın təşkilati dəstəyi ilə baş tutan təlimi layihə rəhbəri Əfsələddin Ağalarov giriş nitqi ilə açıq elan edib. 

Layihə rəhbəri bu gün Azərbaycan mediasında gənc jurnalistlərin sayının kifayət qədər olduğunu diqqətə çatdırıb. O bildirib ki, əksər gənc jurnalistlər müəyyən səbəblərdən mətbuatda aktivlik nümayiş etdirə bilmirlər: "Bunun da öz növbəsində obyektiv və subyektiv səbəbləri var. Birinci səbəb onların kifayət qədər təcrübəli olmaması, ikinci səbəb isə bu imkanın onlara yaradılmaması ilə bağlıdır. Hesab edirik ki, jurnalistlər arasında qarşılıqlı dialoqa söykənən tədbirlərin təşkili vacibdir. Məhz elə bu səbəbdən bu layihənin həyata keçirilməsinə qərar verdik".

Ə.Ağalarovun sözlərinə görə, "Gənc Media Kapitanları" ali təhsil  müəssisələrində, QHT-lərdə jurnalist olmaq istəyən aktiv gəncləri bir araya toplayır, onları media kapitanları, müxtəlif özəl sektorda təmsil olunan qrumların PR və Marketinq mütəxəssisləri ilə görüşdürür. 

Daha sonra "AccessBank"ın Korporativ bankçılıq/Marketinq departamentinin direktoru, Warwiсk Buisness Məktəbinin MBA məzunu Günay Cəlilova "Satışı artıran marketinq" mövzusunda təqdimatla çıxış edib. Departament direktoru həmçinin bankda marketinq strategiyasının qurulması, müştərilər bazasının formaşmasında marketinqin rolu barədə də tələbələrə ətraflı məlumat verib. Bank rəsmisi bank-media əlaqələrinin tənzimlənməsi və bu istiqamətdə aparılan işləri də təlim iştirakçılarının diqqətinə çatdırıb. 

Natiq bankın reklam strategiyasının qurulmasında müştəri kontingentinin vacibliyini xüsusi qabardaraq, praktik nümunələr üzərindən beynəlxalq təcrübəni gənclərlə bölüşüb. 

Qarşılıqlı fikir mübadiləsi, dialoq formasına davam edən tədbir iştirakçıların xüsusi marağına səbəb oldu. 

Təlimdən sonra xatirə şəkili çəkdirildi.
 








www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol