Kapital Bank 4 nominasiyada qalib oldu

19 dekabr 2018-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə "Bankçılıq Mükafatları – 2018” adlı tədbir keçirilib. Tədbir zamanı Kapital Bank 4 nominasiya üzrə qalib olub və mükafatlar qazanıb.
"Birlikdə yeni başlanğıclara” şüarı ilə keçirilən tədbirdə Kapital Bank "Korporativ sosial məsuliyyət”, "Ən fəal təhsil dəstəkçisi”, "Ən fəal maliyyə savadlığı dəstəkçisi” və "İnnovativ ödəniş həlləri tətbiq edən bank” nominasiyalarının qalibi olub.
Qeyd edək ki, tədbirdə kommersiya banklarının menecmenti, beynəlxalq maliyyə institutlarının ölkəmizdəki nümayəndəlikləri, ABA-nın nəzdində fəaliyyət göstərən Ekspert qruplarının rəhbərləri, tərəfdaş KİV-lər və digər dəvətlilər iştirak edib.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 98 filialı və 11 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 13:41
Fariz Əliyev: Azərbaycan Orta Dəhlizi yüksək əlavə dəyər yaradan iqtisadi dəhlizə çevirməyi hədəfləyir

İqtisadiyyat 13:00
Kamal Abbasov: Azərbaycan İtaliya ilə yaşıl enerji layihələrini genişləndirmək niyyətindədir

İqtisadiyyat 11:56
Mikayıl Cabbarov: Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsi 9 milyard dolları ötüb

İqtisadiyyat 11:49
Antonio Tajani: İtaliyanın Azərbaycana ixracı yüksək keyfiyyətli məhsullarla genişləndirilə bilər
Son xəbərlər 
Daha çox 



















