• $
  • €
  • ₽
  • ₺
  • £

"Unibank" mükafat aldı

"Unibank" mükafat aldı
20.12.2018 13:54
Unibank 2018-ci il ərzində fəaliyyətinə görə mükafatlandırılıb. Azərbaycan Banklar Assosiasiyası tərəfindən təşkil edilən "Bankçılıq Mükafatları 2018” tədbirində Unibank KB "Ən fəal təhsil dəstəkçisi” və "İnnovativ ödəniş həlləri tətbiq edən ABA üzvü” nominasiyaları üzrə qalib seçilib. 

Ölkənin ən innovativ bankı olmağı qarşısına məqsəd qoyan Unibank, təkcə bu il ərzində müştərilərinə çoxsaylı innovativ ödəniş həlləri təqdim edib:

-Ölkədaxili bank kartların əlavə edilməsi və əməliyyatların həyata keçirilməsi;
- Nömrə ilə qeydiyyat (bank müştərisi olmayanlar üçün ödənişlərin həyata keçirilməsi imkanı);
-Zolotaya Korona vasitəsi ilə vəsaitlərin köçürülməsi;
- Fiziki şəxslər üçün İnternet Bankçılıq (QR kod ilə giriş);
- Korporativ müştərilərə İnternet Bankçılıq vasitəsi ilə onlayn kreditin verilməsi; 
- Korporativ Bankçılıq üçün Open API (Mühasibat sistemlərinə birbaşa inteqrasiya).

Bank il ərzində təhsil sahəsində həyata keçiridiyi yeniliklərə görə də fərqlənib. Bu il ADA, Qərb Universiteti və digər ali təhsil müəssisələrində təşkil etdiyi silsilə tədbirlər, karyera həftələri, bankda tələbələr üçün açıq  qapı günləri, Unibankın il ərzində təhsillə bağlı keçirdiyi tədbirlərin bir hissəsidir.  
Bankda artıq ənənəyə çevrilən 4-cü kurs tələbələri üçün yay məktəbləri, tələbələrin bank təcrübələrinin formalaşmasına, karyera imkanlarının genişlənməsinə şərait yaradır.

Unibank- hər kəsin bankı!

####

Unibank haqqında

Azərbaycanın iki aparıcı özəl bankı – "MBANK” (1992) və "PROMTEXBANK”-ın(1994) 2002-ci ildə birləşməsi nəticəsində Unibank adı altında  fəaliyyətini davam etdirən bank, ölkədə ən iri maliyyə təsisatlarından biridir. Öz maliyyə göstəricilərinə görə, Unibank ölkə bank sektorunun aparıcıları siyahısına daxildir. Bank müxtəlif mülkiyyət formasına və fəaliyyət istiqamətlərinə aid olan korporativ və fərdi müştərilərə xidmət göstərir. Dünyanın nüfuzlu maliyyə qurumlarından olan Avropa Yenidənqurma və İnkişaf Bankı Unibankın səhmdarları sırasındadır. Bankın paytaxtda və regionlarda geniş xidmət şəbəkəsi mövcuddur. Bank 25 ildən artıq fəaliyyəti dövründə uğurlu kommersiya fəaliyyəti və sosial layihələrdə iştirakına görə bir çox beynəlxalq və yerli təşkilatlar tərəfindən çoxsaylı mükafatlara layiq görülmüşdür. 
 




www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol