• $
  • €
  • ₽
  • ₺
  • £

Energetika naziri Avropa Yenidənqurma və İnkişaf Bankının nümayəndə heyətini qəbul edib

Energetika naziri Avropa Yenidənqurma və İnkişaf Bankının nümayəndə heyətini qəbul edib
19.02.2019 16:13
Energetika naziri Pərviz Şahbazovla Cənub Qaz Dəhlizi Məşvərət Şurasının V iclası çərçivəsində ölkəmizdə səfərdə olan Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Davamlı İnfrastruktur Qrupunun icraçı direktoru xanım Nandita Parshadın başçılıq nümayəndə heyəti arasında görüş keçirilib. Görüşdə AYİB ilə enerji sahəsində əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə edilib. Bankın Cənub Qaz Dəhlizinin maliyyələşdirilməsində iştirakı yüksək qiymətləndirilib. Cənub Qaz Dəhlizini Avropa üçün mühüm enerji layihəsi kimi dəyərləndirən xanım Nandita Parshad  bildirib ki, təmsil etdiyi bank Azərbaycanla enerji sektorunun digər istiqamətləri üzrə də əməkdaşlıqda maraqlıdır. 

Anews.az xəbər verir ki, hazırda AYİB ilə Energetika Nazirliyi arasında texniki dəstək çərçivəsində həyata keçirilən layihələrdən danışan energetika naziri Pərviz Şahbazov deyib ki, bu layihələr bərpa olunan enerjidən geniş istifadənin təmin edilməsi üçün mühüm əhəmiyyət daşıyır. Bərpa olunan enerji layihələrinin dəstəklənməsi üçün şəbəkənin gücləndirilməsi layihəsi artıq icra mərhələsindədir. Enerji Məsələlərini Tənzimləmə Agentliyinin fəaliyyətinə dəstəklə bağlı da AYİB ilə sıx əməkdaşlıq edilir. 

Söhbət zamanı gələcəkdə Azərbaycanda həyata keçiriləcək bərpa olunan enerji mənbələri ilə bağlı layihələrə bankın investisiya qoyuluşunu dəstəkləməsi, bərpa olunan enerjidən istifadə sahəsində aparıcı ölkələrlə təcrübə mübadiləsinə dair məsələlər də nəzərdən keçirilib.  
 


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Kino biletləri də ABB mobile tətbiqində!
İqtisadiyyat 10:16
Kino biletləri də ABB mobile tətbiqində!
Azərbaycan nefti 113 dollara ticarət olunur
İqtisadiyyat 09:18
Azərbaycan nefti 113 dollara ticarət olunur
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:12
Bu günün valyuta məzənnələri açıqlanıb
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol