• $
  • €
  • ₽
  • ₺
  • £

Telefon qeydiyyatından əldə olunan rüsum hara xərclənir?

Telefon qeydiyyatından əldə olunan rüsum hara xərclənir?
23.02.2019 19:13
Osman Gündüz: "Bu, mobil telefon qaçaqmalçılığını azaltmayıb”

Məlum olduğu kimi, Nazirlər Kabinetinin ölkəyə idxal olunan mobil telefonların qeydiyyat rüsumunu kəskin artırması cəmiyyətdə böyük narazılıqla qarşılanıb. Ötən ilin avqustunda qəbul edilən qərarı həm sadə vətəndaşlar, həm də ekspertlər tənqid edirlər.
Bəs mobil telefonların qeydiyyatı üçün ödənilən dövlət rüsumu hara gedir? 

Anews.az Musavat.com-a istinadən xəbər verir ki, bu suala cavab verən "Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirir ki, Nazirlər Kabinetinin mobil cihazların qeydiyyat rüsumunu 3000 faizədək qaldırılması haqqında qərarı absurddur: "Qərar qəbul edilənədək rüsum 5 manat olub. İndi isə telefon alanlar marka və modelindən asılı olaraq 20 manatdan 150 manatdək qeydiyyat rüsumu ödəməli olurlar. Bəs yığılan dövlət rüsumlarından necə istifadə olunur? Yəni adi bir vətəndaş 50 manat verib düyməli bir telefon alacaqsa onun ödəyəcəyi 20 manat rüsum hara gedəcək ? Nazirlər Kabinetinin bir ay bundan öncə qəbul edilən qərarına görə, bu rüsumlardan 30 faizi Prezidentin Administrasiyasında, Prezidentin İşlər İdarəsində və Prezidentin Xüsusi Tibb Xidmətində işləyən dövlət qulluqçuları, həmçinin Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin işçilərinin sosial müdafiəsini gücləndirmək və maddi təminatını yaxşılaşdırmaq, habelə NRYTN mobil cihazların qeydiyyatı sisteminin saxlanılmasını təmin etmək üçün istifadə ediləcək”.

Ekspertin sözlərinə görə, bu 30 faiz yuxarıda adı çəkilən qurumlar arasında aşağıdakı qaydada bölünəcək :
– 5 faiz Prezidentn Administrasiyasında, Prezidentin İşlər İdarəsində və Prezidentin Xüsusi Tibb Xidmətində işləyən dövlət qulluqçularının sosial müdafiəsini gücləndirmək üçün;

– 25 faiz isə NRYTN işçilərinin sosial müdafiəsini gücləndirmək və maddi təminatını yaxşılaşdırmaq, habelə Nazirliyin mobil cihazların qeydiyyatı sisteminin saxlanılmasını təmin etmək üçün.

Qalan 70 faiz dövlət büdcəsinə köçürülür: "Haızrda Barselona şəhərində növbəti Dünya Mobil Konqresi keçirilir ( Mobile World Congress, MWC) . Məqsəd mobil texnologiyalar və mobil həllər sahəsində ən qabaqcıl texnologiyaları nümayiş etdirmək, yeni mobil və İT trendlər ətrafında müzakirə açmaqdır. Məhz burada ən yeni mobil texnologiyar təqdim olunur və şirkətlər, hökumətlər dərhal onu əldə etmək üçün "vuruşurlar”. Biz isə "kim ən yenisindən istifadə edəcəksə o qədər artıq dövlət rüsumu ödəyəcək” prinsipinə üstünlük veririk”.

O.Gündüz onu da qeyd edir ki, Dövlət Gömrük Komitəsinin son açıqlamalarından bu qərarın mobil telefon qaçaqmalçılığına elə də təsiri olmadığı açıq hiss olunur.

Yeri gəlmişkən, qeyd edək ki, 2018-ci ildə Azərbaycana kommersiya məqsədləri üçün 884 min ədəd mobil rabitə cihazı gətirilib. Bu, ötən ilin müvafiq göstəricisindən 7,9 faiz çoxdur. İdxalçılar smartfon və digər mobil telefonları Çin (578,5 min), Vyetnam (227,8 min) və Hindistandan (73,7 min) alıblar.
2018-ci ildə bir mobil rabitə cihazının bəyan edilən orta qiyməti (107,4 dollar) 27,4 faiz (22,8 dollar) artıb.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol