• $
  • €
  • ₽
  • ₺
  • £

"Unibank"dan biznesə daha bir dəstək: 4 təklifdən istədiyinizi seçin!

"Unibank"dan biznesə daha bir dəstək: 4 təklifdən istədiyinizi seçin!
28.02.2019 12:17
Unibank kiçik və orta sahibkarlar üçün sərfəli yaz kampaniyası keçirir. Novruzun çərşənbələrinə həsr olunmuş "4 çərşənbə - 4 güzəşt” kampaniyası biznes sahiblərinə seçim imkanı yaradır.

Unibank KB-nin Mikromaliyyələşdirmə Departamentinin rəhbəri Rauf Ağayev bildirib ki, dörd təklifin hər birində sahibkarlar üçün güzəştlər nəzərdə tutulub: "Baharın gəlişi biznesin inkişafı üçün ən məhsuldar dövrdür. Təklif etdiyimiz 4 paketin hər biri sahibkarların istəklərinə uyğun hazırlanıb. Biznes sahibləri özləri üçün ən sərfəli olan kampaniyanı seçə bilərlər. "4*4” kampaniyası martın 31-dək davam edəcək”.

4 paketdən ibarət kampaniya aşağıdakı təkliflərdən ibarətdir:

Su çərşənbəsi təklifi:

0% komissiya;
5000 AZN-dək kreditlərin zamin olmadan verilməsi;
ALBALI debet kartı hədiyyə;
12 ayadək güzəşt müddəti.

Od çərşənbəsi təklifi:

Cari faizə 4%-dək endirim;
Son 3 ayın faizlərinə güzəşt;
ALBALI debet kart hədiyyə;
12 ayadək güzəşt müddəti.
 
Yel çərşənbəsi təklifi:

0%  komissiya;
Son 3 ayın faizlərinə güzəşt;
ALBALI debet kart hədiyyə;
12 ayadək güzəşt müddəti.

Torpaq çərşənbəsi təklifi:

0% komissiya;
Cari faizə 4%-dək endirim;
ALBALI Debet kart hədiyyə;
12 ayadək güzəşt müddəti.

Kampaniyadan faydalanmaq istəyən sahibkarlar martın sonunadək həftə içi Unibankın  "Sumqayıt”, "Xırdalan”, "Əcəmi”, "Əhmədli”, "Bakıxanov”, "Mərdəkan”, "Nərimanov”, "Neftçilər”, "Quba”, "Xaçmaz”, "Şəki”, "İsmayıllı”, "Bərdə”, "Şəmkir”, "Gəncə”, "Kəpəz”, "Tovuz”, "Mingəçevir”, "Salyan” və "Lənkəran” filiallarına  müraciət edə bilərlər.  

Bankın paytaxt və bölgələrdə yerləşən aşağıdakı filiaları isə şənbə günləri də saat 10:00-dan 14:00-dək müştərilərə xidmət edir: 
Abşeron filiallarından: 15 saylı filial (S.Vurğun bağı yaxınlığında); 13 saylı filial ("İnşaatçılar”); "Nərimanov” filialı; "Əcəmi”; "Neftçilər”; 10 saylı filialı ("Əhmədli”); 17 saylı  ("Sahil”); 19 saylı filial ("Bakıxanov”); "Mərdəkan”; "Xırdalan”; "Sumqayıt”. 

Region filiallarından: "Gəncə”; "Kəpəz”; "Şəmkir”; "Tovuz”; "Bərdə”; "Mingəçevir”; "Quba”; "Şəki”. 

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az ) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az , https://twitter.com/unibank) əldə etmək olar.

Unibank- hər kəsin bankı!

####

Unibank haqqında

Unibank KB ASC 1992-ci ildən fəaliyyət göstərir. Bankın paytaxtda və regionlarda geniş xidmət şəbəkəsi mövcuddur. 26 ildən artıq mövcudluğu dövründə uğurlu kommersiya fəaliyyəti və sosial layihələrdə iştirakına görə beynəlxalq və yerli təşkilatlar tərəfindən çoxsaylı mükafatlara layiq görülüb. 







www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol